Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103612
az

Papa xəstəxanaya aparıldı

09:0029 Fevral, 2024
104
CƏMİYYƏT
  • A

"Papa xəstəxanada müayinələrdən keçib və artıq Vatikana qayıdıb"

Roma Papası Fransisk çərşənbə günü müayinə üçün Romadakı xəstəxanaya aparılıb. O, həmin gün xəstəxananı tərk edərək Vatikana qayıdıb. Günün əvvəlində 87 yaşlı kilsə lideri özünü yaxşı hiss etmədiyini və katexizləri oxumadığını etiraf edib.

Musavat.com Polşa mətbuatına istinadən xəbər verir ki, Papa Fransisk günorta saatlarında Roma mərkəzindəki Tiberina adasındakı xəstəxanada olub, daha sonra Vatikana qayıdıb. 

"Papa xəstəxanada müayinələrdən keçib və artıq Vatikana qayıdıb", - Vatikanın sözçüsü bildirib.

Qeyd edək ki, dekabrda Papa qrip və pnevmoniyadan yaranan ağırlaşmalara görə Dubayda COP28 iqlim sammitinə səfərini ləğv etmişdi. Bir ay sonra o, bronxit xəstəliyinə görə nitqini bitirə bilməmişdi.

O, gənckən Argentinada ağciyərinin bir hissəsini çıxarmaq üçün əməliyyat olunub. Papanın yeriməkdə problemləri olduğu və tez-tez əlil arabasından istifadə etdiyi də məlumdur. 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı metrosunda sərnişin öldü
Şəhid atası möcüzə kimi hadisə danışdı - oğlunu yuxuda... - VİDEO
Üzünüzə küncüt çəkin və effektini görün

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü