Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103384
az

Dövlət qurumu işçi axtarır - MAAŞ 2150 MANAT

15:2725 Fevral, 2024
117
CƏMİYYƏT
  • A

Dövlət qurumu

Hüquq şöbəsinin müdiri
 

 Son tarix 20 mar 2024 - [email protected]

Vəzifə öhdəlikləri:
Qurumun fəaliyyətini tənzimləyən normativ hüquqi aktların, sənədlərin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək; 
Qanunvericilik bazasını formalaşdırmaq, mütəmadi olaraq təkmilləşdirmək və yenilənməsini təmin etmək, normativ hüquqi təminat işinin aparılmasına metodiki və əməli rəhbərliyi həyata keçirmək;
Dövlət, məhkəmə, yerli özünüidarəetmə orqanları, müəssisə və təşkilatlar, beynəlxalq və qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər tərəfindən Quruma ünvanlanmış və icrası şöbəyə tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxmaq və müvafiq tədbirlərin görülməsini təmin etmək;
Qurumun bütün növ müqavilələrinin  hazırlanmasını, müqavilələrin hüquqi ekspertizasının aparılmasını və müvafiq rəyin verilməsini, Qurumun iştirak etdiyi birgə layihələrin hüquqi təminatının təşkil edilməsini təmin etmək;
Qurumun fəaliyyətinə dair qaydaların, əsasnamələrinin hazırlanmasını təmin etmək;
Yazışmaların və daxili normativ sənədlərin qüvvədə olan qanunvericiliyin tələblərinə, idarəetmə strategiyasına uyğunluğunu təmin etmək;
Məhkəmələrdə, dövlət və yerli özünü idarəetmə orqanlarında (qurumlarda) hüquq və qanuni mənafelərini müdafiə etmək, məhkəmə baxışları ilə əlaqədar prosessual sənədlərin (iddia ərizələrinin, iddia ərizələrinə dair etirazların, apelyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin və s.) hazırlanmasını təmin etmək, həmçinin üçüncü şəxslər qarşısında qanuni mənafelərin qorunmasını təşkil etmək və bununla əlaqədar zəruri hüquqi hərəkətlər həyata keçirmək;
Quruma məxsus əmlak və qeyri-əmlak hüquqlarının dövlət qeydiyyatının aparılmasına yönələn müvafiq hüquqi hərəkətlərin edilməsini təmin etmək.
Namizədə dair tələblər:
Hüquq üzrə tam ali təhsil; 
Hüquqşunas kimi minimum 5 il dövlət qurumlarında (ən azı 3 il rəhbər vəzifədə) iş təcrübəsi;
Xüsusi ilə normativ hüquqi aktların, təşkilati-sərəncamverici və digər normativ sənədlərin layihələrinin hazırlanmasında təcrübə;
Hüquqi aspektlərlə bağlı problemləri müəyyən etmək və mümkün həll yollarını tapmaq bacarığı.
Əmək şəraiti:
İş rejimi: 5 gün/ 09:00 – 18:00;
Əmək haqqı 2150 azn (net) və kollektiv mükafatlar.
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini e-mail ünvanına, mövzu hissəsində “Hüquq şöbəsinin müdiri” yazmaqla göndərə bilərlər. 

Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Qəza anı kameraya düşdü - ƏSƏBİ ZƏİF OLANLAR İZLƏMƏSİN!

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda müəllim vəfat etdi - FOTO
Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər... - VİDEO
İqtisadiyyat və maliyyə nazirlərlərinə yeni səlahiyyəti verildi

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü