Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102926
az

Qarlı havada avtoxuliqanlıq edən sürücülər həbs edilib - FOTOlar

10:0917 Fevral, 2024
119
CƏMİYYƏT
  • A

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) əməkdaşları tərəfindən yollarda sürücü və piyadaların təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində keçirdikləri tədbirlər nəticəsində şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan  verilən məlumata görə, Akif Məmmədov və Fərəc Əmirov idarə etdikləri avtomobil ilə qarlı hava şəraitində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, təhlükəli manevrlər edərək avtoxuliqanlıq edib və görüntüləri videoçəkiliş edərək sosial şəbəkələrdə paylaşıblar.

Onların barəsində DYPŞ əməkdaşları tərəfindən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə 15 sutka inzibati qaydada həbs edilib.

Bundan başqa keçirilən monitorinqlər zamanı "Niva" avtomobilin sürücüsünün qanunla qadağ edilmiş səs siqnalından istifadə etməsi müəyyən olunub. Sürücü barəsində tərtib olunan protokol və səs siqnalı müsadirə edilməsi üçün məhkəməyə göndərilib.

Məqaləyə dair fotomateriallar:

 
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda bu zavod bağlanır
“Azeri Light” bahalaşdı
İctimai TV-yə yeni direktor müavini təyin edilib

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü