Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102869
az

DYP səs siqnalları ilə bağlı xəbərdarlıq etdi

14:2716 Fevral, 2024
101
CƏMİYYƏT
  • A

Baş Dövlət Yol Polisi İdarəsi səs siqnallarından istifadə qaydaları ilə bağlı sürücülərə müraciət edib.

Müraciətdə son zamanlar paytaxt ərazisində bir çox hallarda səs siqnallarından yersiz istifadə edilməsi, bu halların digər hərəkət iştirakçılarının, eləcə də ətrafda yaşayan sakinlərin ciddi narazılığına və narahatlığına səbəb olması vurğulanıb:

“Yol Hərəkəti Haqqında” Qanuna əsasən səs siqnallarından yalnız aşağıdakı hallarda istifadə oluna bilər:

- Yaşayış məntəqələrindən kənarda ötmə niyyəti haqqında başqa sürücüləri xəbərdar etmək üçün zəruri olan hallarda;

- Yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün.

Bu hallardan başqa səs siqnallarından istifadə olunması İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən inzibati məsuliyyət yaradır.

Bir daha bütün sürücülərdən qanunda nəzərdə tutulan qaydalara ciddi riayət etmələrini xahiş edirik”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - Fotolar
Bahar taksi sürücülərinə səsləndi:

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı