Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102699
az

“iPhone SE”nin fərqli dizaynda fotosu təqdim edildi - FOTOlar

19:1512 Fevral, 2024
98
CƏMİYYƏT
  • A

"Apple" şirkəti hal-hazırda növbəti "iPhone SE" üzərində çalışır.

OXU24.COM  xəbər verir ki, bir neçə müddət əvvəl növbəti "iPhone SE" modeli "iPhone 14" dizaynına oxşayacağı bildirilirdi. Lakin ortaya çıxmış yeni məlumat smartfonun tamamilə fərqli dizayna sahib olacağından xəbər verir. İnsayderlər növbəti "iPhone SE" modelinin yeni render fotosunu təqdim ediblər. 

Təqdim edilmiş render fotodan da görmək olar ki, növbəti "iPhone SE" modeli heç də "iPhone 14" dizaynına sahib deyil. İnsayderlər bildiriblər ki, növbəti "iPhone SE" modelinin ekranı üzərində "Dynamic Island" çıxıntısı olacaq.

Smartfonun arxa kamera dizaynına gəldikdə isə fotoya əsasən arxa kamera oval formalı sahənin daxilində şaquli şəkildə yerləşəcək. Bununla belə smartfon bir ədəd arxa kameraya sahib olacaq. İnsayderlər bildiriblər ki, render fotoda əks olunmuş dizayn növbəti "iPhone SE"nin final dizaynı deyil. Çox güman ki, "Apple" növbəti "iPhone SE"nin bir neçə versiyasını hazırlayacaq və onları şirkət daxilində test edəcək. Çox güman ki, şirkət smartfonun final dizaynı mövzusunda hələ yekun qərarı verməyib. Növbəti "iPhone SE"nin 2025-ci ildə təqdim olunacağı gözlənilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ və NATO hücumda: Krım planı iflasa uğradı
Faşizm üzərində qələbədən 79 il ötür
Məşqçinin təcavüz etdiyi tennisçiyə bu qədər təzminat ödəniləcək

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO