Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102694
az

Canavarlarda xərçəngdən ölməməyə imkan verən genlər tapıldı

15:3812 Fevral, 2024
92
CƏMİYYƏT
  • A

Çernobıl Atom Elektrik Stansiyasının (AES) təcrid zonasında yaşayan canavarların xərçəngdən sağ qalmasına imkan verən genom var. 

OXU24.COM xəbər verir ki,  bu barədə Prinston Universitetinin bioloqu Kara Lavın İnteqrativ və Müqayisəli Biologiya Cəmiyyətinin saytında dərc olunmuş araşdırma məqaləsində deyilir.

Araşdırma artan xərçəng riskinə davamlı görünən canavar genomunun spesifik bölgələrini müəyyən edib.

Qeyd edək ki, Ukraynanın şimalındakı Pripyat şəhəri yaxınlığında Çernobıl Atom Elektrik Stansiyasının 4 saylı nüvə reaktorunda 1986-cı il 26 aprel tarixində qəza baş verib. Yaralıların ümumi sayı mübahisəli bir məsələ olaraq qalır. Yayılan radiasiya nəticəsində ölüm sayının təxminləri, bir BMT araşdırmasında 4.000-dən, "Greenpeace" araşdırmasında göstərilən 200.000-ə qədər dəyişir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq - VİDEO
40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc