Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102349
az

Çörək alanda diqqətli olun – Evdə bişirəndə etdiyimiz SƏHVLƏR

18:2607 Fevral, 2024
109
CƏMİYYƏT
  • A

Çörək gündəlik qida rasionumuzda əsas olan qida məhsuludur. Buna görə də bu məhsulun istehsalı və saxlanma qaydaları ilə bağlı bəzi nüanslara diqqət etmək vacibdir.

OXU24.COM  lent.az-a çörək alarkən nələrə diqqət etməli və onu hansı şəraitdə saxlamalı olduğumuz barəsində kiçik bir araşdırma edib. Onu təqdim edirik:

Əgər söhbət çörəyin orqanizmə faydalarından danışılırsa, əvvəlcə onu bilmək lazımdır ki, bu çörəyin hansı tərkibdə hazırlanmasından asılıdır. Yanlış çörəklərdən istifadə etdikdə, bir çox xəstəliklərə tutula bilərik. Digər qidalarda olduğu kimi hazırlanma şəraiti, temperatur, nəmlilik və mikroorqanizmlər də çörəyin keyfiyyətinə pis təsir edir. Belə ki, ilk növbədə çörək istehsalı zamanı gigiyenik qaydalara əməl olunmalıdır. İstehsalla yanaşı, məhsulun daşınması vaxtı da sanitar qaydalara riayət olunmalıdır. Məsələn, çörək kəskin qoxulu məhsullarla birgə daşınmamalı, çiy məhsullarla təmasda olmamalı, təmiz şəraitdə saxlanılmalıdır.

Bir çox ölkələrdə olduğu kimi ölkəmizdə də ən çox yayılan birinci və ikinci növ buğda unundan hazırlanan çörəklərdir. Bu zaman çörəyin içi tam şəkildə bişirilməlidir. Bu zaman hazırlanan çörəyə əlinizlə basdıqda yapışqanlıq və nəmlik hiss edilirsə, deməli, xəmirin keyfiyyətində problem var. Çörəyə əlinizlə yüngül şəkildə basdıqda o öz əvvəlki vəziyyətinə qayıtmalıdır. 

Təbii ki, bunlarla yanaşı çörəyin saxlanma qaydaları da var. Belə ki, gün ərzində yeyiləcək çörəyin boyatlaşmağını istəmirsinizsə, onu qablarda, sərin və quru yerlərdə saxlayın. Nəm şəraitdə çörəyin kiflənməsi qaçılmaz olur. 

Bəs, evdə hazırlanan çörəkdə nələrə diqqət etməliyik? 

Yuxarıda da qeyd etdiyimiz kimi əsl çörək buğda unundan hazırlanmalıdır. Buna görə də çalışıb evdə hazırladığımız çörəklərdə də ondan istifadə edilməlidir. Keyfiyyətli çörək üçün buğda unu və kəpəyi lazımdır. Bundan əlavə istəyə uyğun olaraq yulaf kəpəyi də əlavə oluna bilər. Bundan sonra maya və duz tökülərək xəmir yoğurulur. Qeyd etmək lazımdır ki, mayanın ev şəraitində hazırlanması məsləhətdir. Həmçinin, maya da xəmirdən hazırlanmalıdır. 

Belə ki, qaydasında hazırlanmış çörəklər sağlamlıq üçün faydalıdır. Əsl sağlam çörək qida rasionumuzda yer almalıdır və günün ilk yarısı hər kəs öz yaşına uyğun çörəklə  qidalanmalıdır.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kanalda batan yeniyetmənin meyiti tapıldı
Azərbaycanda bu zavod bağlanır
“Azeri Light” bahalaşdı

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü