Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101908
az

Azərbaycanda neçə yaşlı uşaqlar cinayət törədəndə həbs olunurlar? - AÇIQLAMA

17:2730 Yanvar, 2024
146
CƏMİYYƏT
  • A

Son vaxtlar cəmiyyətdə azyaşlıların qanundan kənar əməlləri uşaqların həbsini gündəmə gətirir.

Azərbaycandanda neçə yaşlı uşaqlar cinayət məsuliyyətinə cəlb oluna bilir?

Vəkil Emil Aslanov BiG.AZ-a bildirib ki, Cinayət Məcəlləsinin 20-ci maddəsinə əsasən 16 yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Ancaq 14 yaşı tamam olmuş şəxslərin də bəzi kriteriyalı cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi nəzərdə tutulub:

"Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddi Cinayət Məcəlləsinin 20-ci maddəsində qeyd edilir. Həmin məcəllədə nəzərdə tutulub ki,16 yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Lakin həmin məcəllənin 20.2-ci maddəsində 14 yaşı tamam olmuş şəxslərin də bəzi kriteriyalı cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi nəzərdə tutulub. Qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır zərər vurma, adam oğurlama, zorlama, seksual xarakterli zorakılıq hərəkətləri, soyğunçuluq, quldurluq, hədə-qorxu ilə tələb etmə, talama məqsədi olmadan qanunsuz avtomobil və ya nəqliyyat vasitəsini ələ keçirmək, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etmə, terrorçuluq, adamları girov götürmə, ağırlaşdırıcı hallarda xuliqanlıq, odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğuları talamağa, hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələr və psixotrop maddələr talamağa və hədə-qorxu ilə tələb etməyə,nəqliyyat vasitələri və yolları yararsız vəziyyətə salmağa görə 14 yaşı tamam olmuş şəxslər də cinayət məsuliyyətinə cəlb edilə bilər".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

XƏBƏRDARLIQ: Sabahın havası narahatlıq yaradacaq
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
“NİSSAN” dərəyə aşdı, sürücü xilas edildi - VİDEO

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü