Kəsmiyin FAYDALARI
16 Mart 2025, 21:26
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
239
29.01.2024, 20:08
- Yaxşı ki, bu plan hazırlanıb. Baş planın olmadığı vaxtlarda Bakıda xaotik şəkildə tikinti işləri aparılırdı. İndi arzu edək ki, Baş plandan kənara çıxılmayacaq və plana uyğun da Bakının inkişafı gedəcək.
- Yeni Yasamalda insolyasiyası və s. nəzərə alınmayan çoxmərtəbəli binalar necə həll olunacaq? Baş planda yenidənqurma işlərinin aparılması nəzərdə tutulub. Bu binalardakı o qədər insan yenidən köçürüləcək? Baş planın qəbulunun uzanması buna gətirib çıxardı. Yenidən planlamaya uyğun olan iki və üç mərtəbəli binaları köçürmək olar. Lakin 18-19 mətəbəli binalar necə həll olunacaq? Mümkün deyil. Demək ki, biz faktla barışmalıyıq.
- Nəzarət mütləq olmalıdır. Plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırlatdırılıb və onun həyata keçirilməsinə birbaşa o cavabdehdir. Lakin Bakı Şəhər İcra Hakimiyyətinin bununla bağlı səlahiyyətlərinin artırılmasına ehtiyac var. Bina, park və s. kimi obyektlərin tikintisindən sonra onların istifadəsində problemlər ortaya çıxa bilər: binalara əlavələr, yamaqlar... Buna görə də, nəzarətlə bağlı yalnız komitənin deyil, Bakı meriyasının da səlahiyyəti olmalıdır.
- “Qış Pakı” salınan zaman “Sovetski” adlanan ərazidə söküntülər aparılırdı. 2017-2018-ci illərdə memarlarla birgə toplantı keçirildi. Biz hansı küçəyə qədər sökülməni məqbul hesab etdiyimizi dedik. Həmin vaxt İslam Səfərli küçəsində çoxmərtəbəli binaların tikintisinə başlanılmışdı. Orada çox sayda tarixi binalar vardı. Biz memarlar tələb etdik ki, burada hündür binalar tikilməsin və tarixi binalara toxunulmasın. Bir neçə qurumun iştirakı ilə “Bayır şəhər konsepti” hazırlayaraq təqdim etmişdik. Artıq orada çoxmərtəbəli binalar tikilmir. “Təzəpir” məscidinin aşağı hissəsində də tarixi binalar çox olduğu və küçələr səlis salındığı üçün söküntü işləri aparılmır. Burada çoxmərtəbəli binaların tikilməsinə mən də, digər memarlar da əleyhinə olmuşuq.
Çoxmərtəbəli binalar üçün müəyyən yerlər seçilə bilər. Məsələn, “Port Baku” və ətrafındakı tikililər Bakının görüntüsünə gözəl təsir etdi, ansamblını yenilədi, dinamikasını artırdı.
- Nəsimi, Binəqədi, Yasamal rayonlarında köhnə mənzil fondu çoxdur. Bu köhnə mənzillər qəzalı vəziyyətdədir və bir az gecikilsə, ortaya başqa problemlər də çıxa bilər.
- Bütün ictimai nəqliyyat vasitələrinə münasibətim müsbətdir. Lakin onların harada daha çox praktik olduğuna baxmaq lazımdır. Məsələn, şəhərin mərkəzinə tramvay xəttinin çəkilməsinə lüzum görmürəm. Çünki burada küçələr dardır, tramvay üçün də ayrıca yol çəkilməlidir. Bunun üçün münbit yerlər var: “Ağ şəhər”, Bayıl, Şıxov, dənizkənarı boyu, Binəqədi, Lökbatana qədər tramvay heç bir yola mane olmadan rahat işləyə bilər.
Həmçinin oxuyun
Bakı və Sumqayıtı birləşdirən yeni magistralın çəkilməsinə gəlincə, Sumqayıtdan bura onsuz da yol gəlir. Burada tıxaclar varsa, yolları artırmaq lazımdır? Bu yolda tıxacı azaltmağın yolu yerüstü metro xəttinin çəkilməsidir. Sumqayıtdan 5 ədəd yol gəlsə də, problemin həlli metro ilə bağlıdır. İnsanlar məcburiyyətdən fərdi avtomobil alır, heç benzin də ucuz deyil. 30 milyonluq şəhərlərdə avtomobildən deyil, metrodan istifadə edilir. Bizim yollardan da dar yolları olan Avropa şəhərlərində tıxac olmur.
Xaotik inkişaf da belə ortaya çıxır: düşünülmədən Yasamalda binalara 20 min əhali kütləsi yığıldı, pilot layihələrlə 10 mindən çox əhali Şərq Bazarı yaxınlığında yerləşdirildi. Bəs burada əhaliyə uyğun kanalizasiya sistemi var idi? Əhali həmin ərazilərdə məskunlaşdıqdan sonra problemlərin həllini düşünürük. Nəqliyyat və kommunikasiya yaşam başlamazdan əvvəl həllini tapmalıdır.
Nəqliyyatın digər növlərindən danışdıq, lakin unutmaq olmaz ki, Bakı həm də dəniz sahilində yerləşir. Biz dəniz şəhəri ola bilmirik. Buna da mane olan hallar var. Belə ki, Xəzər dənizinin dibi metalla doludur. Bu yaxınlarda batan qayıq da metal dayağa dəydiyi üçün belə hadisə baş vermişdi. Baş planla bağlı müzakirələrdə belə bir təkliflə çıxış etmişdim və yaxşı olduğu qəbul edilmişdi. Bildirmişdim ki, Abşeron akvatoriyası boyunca kiçik limanlar olsun. Məsələn, Mərdəkandan Bakıya tıxaclara görə 1,5 saata gəlirik. Lakin 100 nəfərlik kiçik bərələrlə həmin rayona 1 saata çata bilərik. Biz dəniz yolu ilə həm də Sumqayıta, Lökbatana gedə bilərik. Bu, yalnız bizim üçün deyil, turistlər üçün də maraqlı olar. İstanbul buna ən yaxşı nümunədir.
Bu kimi layihənin həyata keçirilməsi üçün neft çıxarılan vaxtdan qalan sahilboyu metal dayaqlar təmizlənməlidir. Bu metallara görə, yaxtalar rahat hərəkət edə bilmir. Nə qədər yaxta alınsa da, inkişaf getmədi, çünki çoxları zədələndi. Ümumilikdə, dəniz nəqliyyatını özəl şirkətlər həyata keçirə bilər.
- Şəhər sürücünün deyil, piyadanındır. Avtomobil alan şəxslər onu harada park edəcəklərini sual edirlər. Onu əvvəlcədən düşünmək lazım idi. Bəzi strukturlar indiyə qədər parkinqlərin olmasını düşünməli idi. Lakin insanlarımız da çox tənbəldir. Bəzi parkinqlər boş qalsa da, sürücülər avtomobillərini yolda saxlayırlar. Əhalinin də zaman-zaman sürücülük mədəniyyəti artmalıdır. Hazırda hər yeri zolaqlayıb parkinq ediblər.
- Məsələn, Kənd Təsərrüfatı Nazirliyi özü, ona aid olan kollec və liseylər niyə Xankəndidə olmasın? Kənd təsərrüfatı Bakıda niyə olmalıdır? Sənaye ilə bağlı universitetlər – Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti niyə Sumqayıtda olmasın? Avropada universitetlər elə yerdə açılır ki, həmin şəhərdə o sahənin nümunələri var. Məsələn, Almaniyada sənaye universitetlərinin əksəriyyəti Frankfurtdadır.
- Bu, sistemə nəzarət edən qurumun işini planlı şəkildə aparması ilə bağlı olacaq. Nəzarət planlı şəkildə aparılacaqsa, uğurla nəticələnəcək. Əks təqdirdə, Baş plan sənəd olaraq qalacaq. Mən də sənəd olaraq qalmasını istəmirəm.
Könül
Ölkə.Az
21:26 / 16 Mart 2025
Kəsmiyin FAYDALARI
1
21:00 / 16 Mart 2025
Ən sürətlə inkişaf edən ÖLKƏLƏR
7
20:45 / 16 Mart 2025
Tolik müğənniyə ELÇİ DÜŞDÜ - VİDEO
25
19:28 / 16 Mart 2025
İş saatları dəyişdiriləcək? -AÇIQLAMA
218
19:10 / 16 Mart 2025
Onlar da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldılar - Video
516
19:08 / 16 Mart 2025
Roma Papası müraciət edib
50
19:07 / 16 Mart 2025
Türkiyə və ABŞ prezidentləri telefonla danışıb
58
17:32 / 16 Mart 2025
"Kahı"nın içərisindən narkotik çıxdı
76
17:22 / 16 Mart 2025
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
78
16:40 / 16 Mart 2025
Güllələrlə zarafat edən HƏRBÇİLƏR: Onlar haqqında İNANILMAZ HƏQİQƏTLƏR... - VİDEO
477
16:20 / 16 Mart 2025
Qonaq getdikləri evdə 3 yaşlı uşağı “tok” vurdu
94
16:03 / 16 Mart 2025
"Hizbullah"ın iki üzvünü öldürülüb
99
14:29 / 16 Mart 2025
SON DƏQİQƏ! Rusiyadan yüksək vəzifəli şəxslər Bakıya gəldi
555
14:11 / 16 Mart 2025
XİN başsağlığı verdi
123
14:05 / 16 Mart 2025
SON DƏQİQƏ! Əhaliyə xəbərdarlıq edildi
410
14:02 / 16 Mart 2025
Husilərdən ABŞ-ın Yəmənə hücumuna reaksiya: "Cavabsız qalmayacaq!"
120
13:59 / 16 Mart 2025
24 yaşlı şəxsin meyiti aşkarlanıb
120
13:34 / 16 Mart 2025
Müdafiə Nazirliyi açıqlama yaydı
476
13:32 / 16 Mart 2025
Sabah isti olacaq
114
13:10 / 16 Mart 2025
DYP səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib
121
13:01 / 16 Mart 2025
Bakıda faciə: Ölən var
127
12:00 / 16 Mart 2025
Məhşur müğəninin 98 minlik ev bazarlığı GÜNDƏM OLDU - VİDEO
159
11:39 / 16 Mart 2025
Lənkəranskinin dostunun qardaşını GÜLLƏLƏDİLƏR - ANBAAN VİDEO
158
11:20 / 16 Mart 2025
Rusiyada yanğın
140
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.