Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101888
az

Xankəndinin erməniəsilli sakini: “Buradan gedənlər Ermənistanda aclıqdan ölürlər” - VİDEO

18:0129 Yanvar, 2024
128
CƏMİYYƏT
  • A

Xankəndi şəhərində olan təcili tibbi yardım briqadamız Qarabağın bronxial astma xəstəliyindən əziyyət çəkən 58 yaşlı erməniəsilli sakininə köməklik göstərib. 

OXU24.COM  xəbər verir ki, təcili tibbi yardım briqadası tərəfindən ona dərhal venadaxili infuzion terapiya ("sistem" köçürülməsi) edilib. Daha sonra vəziyyəti düzələn sakin Real TV-nin əməkdaşı ilə söhbət edib.

O bildirib ki, Ermənistan ona lazım deyil. "Mən azərbaycanlılardan razıyam. Burada Azərbaycan sakini olmaq istəyirəm. Mən Bakıda da olmuşam. Qohumlarım orada yaşayırdı".

Erməniəsilli sakin qeyd edib ki, buradan yaxınları və bacısı ondan gizli köçüb:

"Bacım sakit çıxıb gedib. Samvel Babayan da bizim qonşuluqda yaşayırdı. Onlar da mənə demədən getdilər. Gedərkən Samvel Babayan gəldi ki, sənə konyak gətirmişəm. Mən də ondan kompot istədim. O gedəndən sonra onun evinə də girmişdim. Orada bahalı mebellər, qablar vardı. İndi Bako Saakyan Arayik Harutyunyanla bir yerdə oturub. Onları ac saxlamaq, güllələmək lazımdı".

O qeyd edib ki, Qarabağdan gedənlər indi Ermənistanda aclıqdan ölürlər.

"Orada balaca evlərdə yaşayırlar. Verilən pul heç onların kommunal xərclərini ödəmir. Mən Azərbaycan Prezidentinə təşəkkür edirəm. O məni qaz, su, işıqla təmin edir", - deyə erməniəsilli sakin bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz FAYDALARI
Lyayen COP29-a dəvət olundu
Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO