Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101698
az

Avtobusda nömrə vermək ailəli kişiyə baha başa gəldi - AZƏRBAYCANDA

20:5925 Yanvar, 2024
102
CƏMİYYƏT
  • A

Sumqayıtda kişi şantaj olunub.

Məlumata görə, hər şey şəhər ərazisində hərəkət edən 7 saylı marşrut avtobusunda başlayıb.

Şəhər sakini Aysel Qurbanova (ad soyad şərtidir) qeyd olunan marşrut avtobusunda olan zaman bir nəfər sərnişin Elnur Ağayev (ad soyad şərtidir) həmin xanımla üzbəüz əyləşib. Elnur qarşısında oturan xanımın dayanmadan ona baxdığını görüb və onunla tanış olmağa can atıb. Bunun üçün öz mobil nömrəsini telefonunda yazmaqla Ayselə göstərib və xanım onun telefonundakı nömrəni video görüntü ilə qeydə alıb.

Bundan sonra Aysel həmin görüntünü “TikTok” şəbəkəsində paylaşıb və Elnur ilə “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlayaraq, videonu silmək üçün ondan 500 manat pul tələb edib. Pulu verməsə “Whatsapp” statuslarından götürdüyü Elnurun övladlarının şəkillərini də “TikTok” şəbəkəsində rüsvayedici başlıqlarla paylaşacağını deyib. Elnur videonun yayıldığını, qohumlar və tanışlar arasında biabır olduğunu görüb və Ayselin hədələrindən sonra polisə müraciət edib.

Müraciət əsasında Aysel Qurbanova şübhəli şəxs qismində saxlanılaraq, barəsində Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə istintaq yekunlaşıb və baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı metrosunda sərnişin öldü
Şəhid atası möcüzə kimi hadisə danışdı - oğlunu yuxuda... - VİDEO
Üzünüzə küncüt çəkin və effektini görün

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü