Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101634
az

Prezidentin yüksək orden verdiyi şəxs kimdir?

19:4924 Yanvar, 2024
114
CƏMİYYƏT
  • A

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Məhərrəm Camal oğlu Əhmədov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

OXU24.COM  xəbər verir ki, Məhərrəm Camal oğlu Əhmədov 25 yanvar 1954-cü ildə Bakıda anadan olub.

1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsində təhsil alıb. 1975-1976-cı illərdə Misir Ərəb Respublikasında tərcüməçi kimi xidməti ezamiyyətdə olub.

1977-1978-ci illər Azərbaycan Kitabsevərlər Cəmiyyətində təlimatçı vəzifəsində işləyib.

1978-1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Nitq mədəniyyəti və Azərbaycan dilinin tarixi şöbələrində baş laborant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb.

1997-2005-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsində məsləhətçi, böyük məsləhətçi vəzifələrində işləyib. 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub.

Hazırda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavinidir.

Filologiya üzrə fəlsəfə doktorudur. Rus və ərəb (sərbəst), ingilis və fars dillərini (lüğətlə) bilir.

2-ci dərəcə dövlət müşaviri, əməkdar dövlət qulluqçusudur.

"Dövlət qulluğunda fərqlənməyə görə" və "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" medalları, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni" ilə təltif olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - Fotolar
Bahar taksi sürücülərinə səsləndi:

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı