Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101270
az

Bir daşla iki quş: evi təmizləyərkən necə arıqlamaq olar

10:5119 Yanvar, 2024
153
CƏMİYYƏT
  • A

Ev işləri ilə kilo vermək mümkündür. Çünki araşdırmalar göstərir ki, ev işləri ilə məşğul olmayan qadınlar daha çox kökəlir. Ev işləri zamanı edilən hərəkətlər maddələr mübadiləsini sürətləndirir və sağlam qalmağı asanlaşdırır.

Bəs, hansı ev işləri ilə arıqlaya bilərsiniz?

OXU24.COM  bildirir ki, ev işləri görərək arıqlamaq dedikdə ilk ağla döşəməni silmək gəlir. Evinizi tozsoranla yaxşıca təmizləmək və bütün otaqları silməklə, orta hesabla 4 saatlıq işdən sonra evinizdə yığılan zibildən qurtula və təxminən 1800 kalori yandıra bilərsiniz.

Arıqlamağınıza kömək edəcək başqa bir ev işi ütüləməkdir. Təxminən yarım saat ütüləmə ilə gündə 75 kaloridən çox yandırmağa imkan verir. Ütüləmə vaxtı uzanarsa, yandırdığınız kalori miqdarı da artar.

Evdə əşyalarınızın yerini dəyişmək də arıqlamağınıza kömək edir. Obyektlərin daşınması və ya sürüklənməsi 1 saat ərzində 500 kaloridən çox enerji sərf etməyə imkan verərək arıqlamağa imkan verir.

Hətta qatlanan çamaşırlar da müəyyən miqdarda kalori yandıraraq arıqlamağa kömək edir. Bundan əlavə, evinizdəki masaların, rəflərin və ya bəzək əşyalarının tozunu çəkmək sizə yarım saat ərzində 80 kalori yandırmağa imkan verir.

Qadınların gördüyü ev işlərindən biri də hamam və tualeti yumaq və ya ovuşdurmaqdır. Bu iş həm də əhəmiyyətli kalorilər yandırmağa imkan verir. Pəncərələri təmizləmək də qadınların arıqlamasına kömək edən ev işidir.

Evinizin rəngləmə işinə ehtiyacı varsa, bunu başqasına həvalə etmək əvəzinə, özünüz etməklə 3 saat ərzində 1000-dən çox kalori yandıracaqsınız.

Evinizin çirkli xalçalarını yumaq inanılmaz miqdarda kalori yandırmağa imkan verəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi
Yolda bu xəttə müdaxilə sürücülərin cərimələnməsi ilə nəticələnir - VİDEO
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ