Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100975
az

Şamaxı-İsmayıllı yolunda hazırkı vəziyyət - VİDEO

19:0913 Yanvar, 2024
164
CƏMİYYƏT
  • A

Güclü yağan qar səbəbindən Şamaxı-İsmayıllı avtomobil yolu bağlanıb.

OXU24.COM  APA-ya istinadən xəbər verir ki, buna görə hazırda ərazidə 200-dən artıq avtomobil yolda qalıb.

İlkin məlumata əsasən, Muğanlı dolaylarında qar daha keçilməzdir. Qarın qalınlığı 10 sm artıqdır, yollar buz bağlayıb. Əraziyə polis əməkdaşları cəlb olunub. Hazırda yolların buz bağlaması Ağsu dolaylarında da müşahidə edilir.

Yolların buz bağlaması səbəbindən ərazidə bir neçə zəncirvari qəzalar da meydana gəlib.

***

Şamaxı-İsmayıllı avtomobil yollarında hava şəraiti ilə əlaqədar əraziyə polis əməkdaşları əlavə heyətlə xidmətə çıxarılıb.

DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, avtomobillərdə olan şəxslərin vəziyyəti öyrənilməklə sürücü və sərnişinlərə köməklik göstərilir, vətəndaşların təhlükəsizliyi təmin olunur.

DYP ilə yanaşı, Şamaxı, İsmayıllı və Ağsu rayon polis şöbələrinin əməkdaşları ərazidə xidmətə cəlb edilib.

Tədbirlər davam edir.

***

“Şamaxı-İsmayıllı avtomobil yolunun buzlaşma səbəbindən bağlanması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir”.

Bu barədə  BDYPİ şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

O bildirib ki, hazırda respublika yollarında hər hansı məhdudlaşdırma tətbiq olunan yol sahəsi yoxdur:

“Əməkdaşlarımız qar yağıntısı intensiv olan ərazilərdə gücləndirilmiş formada xidmət aparırlar”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı