Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100798
az

Azərbaycanda casusluğa görə saxlanılan Martin Rayan Fransa tərəfindən istifadə edilib

10:0110 Yanvar, 2024
189
CƏMİYYƏT
  • A

Azərbaycanda casusluqda ittiham olunaraq həbs edilən Fransa vətəndaşı Martin Rayan ölkəsi tərəfindən istifadə edilib.

Oxu24.com  xəbər verir ki, bunu onun atası Riçard Rayan "Agence France-Presse" (AFP) agentliyinə açıqlamasında bildirib.

"Oğlum bir dəfə mənə ondan istifadə etdikləri barədə danışıb. Bununla oğlum onu məxfi əməkdaşlığa məcbur edən, sonradan Bakıdan qovulmuş iki diplomata işarə edib", - R.Rayan deyib.

O bildirib ki, ailə artıq Martinlə danışıb: “Onunla hər dəfə iki dəqiqə olmaqla dörd dəfə danışmışıq. Oğlum deyir ki, onunla yaxşı rəftar olunur və vəkili ilə əlaqə saxlayır”.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva AFP-yə müsahibəsində Fransanın Bakıdakı səfirliyinə bu barədə dərhal məlumat verildiyini söyləyib.

Qeyd edək ki, Martin Rayan 2023-cü ilin dekabrında Bakıda saxlanılıb və məhkəmə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. M.Rayan casusluqda ittiham olunur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda təlim maşını yandı
17 yaşlı qızın xəstəxanada müəmmalı ölümü - VİDEO
Bakıda qəza sıxlıq yaratdı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Cinayətdə şübhəli bilinən 106 nəfər saxlanıldı