Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10068
az

Əfv Komissiyasının üzvü: “Bütün müraciətlər diqqətlə araşdırılır”

20:0018 Fevral, 2019
517
CƏMİYYƏT
  • A
 Əliməmməd Nuriyev: “Ad açıqlamaq hüququmuz yoxdur, son qərarı president verəcək”
“Heç kimə fərq qoymadan, Əfv Komissiyasına daxil olan bütün müraciətlər diqqətlə araşdırılır, müzakirə olunur və müvafiq tövsiyə xarakterli rəylər hazırlanır”

Bunu Oxu24.com saytına Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

O, Novruz Bayramı ərəfəsində gözlənilən əfv siyahısı ilə bağlı suallarımızı cavablandırıb.
Azərbaycanda həbs edilən və hüquq müdafiə təşkilatları tərəfindən “siyasi məhbus” hesab edilən şəxslərin siyahıda yer alıb-almadığı ilə bağlı sualımıza cavab olaraq Ə.Nuriyev deyib:
“Bizə daxil olan müraciıtlərlə bağlı hər hansı şəxsin adını açıqlamaq səlahəyyətiniz yoxdur.

Ona görə ki, bunlar konfedensial fərdi məlumatlardır. Həmin şəxslərin adlarının açıqlanması yalnız özləri, yaxın qohumları, yaxud da onlarıln əfvi üçün müraciıt edən Ombudsman, hüquq müdafiəçiləri tərəfindən mümkündür”.
Komissiya üzvü deyib ki, hazırlanan siyahı ölkə başçısına təqdim ediləcək: “Son qərarı vermək Prezidentin səlahiyyətindədir”.

Bu gün bir qrup hüquq müdafiəçisi də Əfv Komissiyasının üzvü, daxili işlər naziri Ramil Usubovla görüşüblər. Görüşdə Monitorinq Qrupunun üç üzvü – Novella Cəfəroğlu, Səadət Bənəniyarlı və Səidə Qocamanlı iştirak ediblər.
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı medaiaya açıqlamasında deyib ki, aralarında bloggerlər, jurnalistlər, inanclı insanlar, keçmiş dövlət məmurları da olan “siyasi məhbus” siyahısı nazirə təqdim ediıib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 ildən sonra Laçında ikinci dəfə toy çalındı - FOTO
Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
Şaftalı bu xəstəliyi olanlara faydalıdır

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO