Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100438
az

Teatrda böyük QALMAQAL: “Qoyduğu tamaşalar səviyyəsizdir, yaradıcı heyət də ondan narazıdır”

13:1304 Yanvar, 2024
139
CƏMİYYƏT
  • A

Bildiyimiz kimi, Azərbaycan Dövlət İrəvan Dram Teatrının gənc aktyorları Fərid Vəliyev və Anar Bulud öz ərizələri ilə teatrdan uzaqlaşıblar. Onlar saytımıza müsahibələrində bildirmişdilər ki, buna səbəb teatrın baş rejissoru Sərvər Əliyevlə teatrın direktoru İftixar Piriyev arasındakı soyuq münasibət və bu münasibətin teatrın yaradıcı mühitinə öldürücü zərbə vurmasıdır.
 
Lakin İftixar Piriyev Moderator.az saytına verdiyi açıqlama bu fikirləri təkzib edir. O, ümumiyyətlə, özünü bu mövzudan tamamilə kənarda və müdaxiləsiz hesab edir:
 
"Mənim bu işlərə heç bir qarışacağım yoxdur. O baş rejissorla yaradıcı heyət arasında olan məsələdir. İki gənc aktyoru öyrədiblər, onlar belə danışır. Baş rejissorun işdən azad olunması üçün iki gənc aktyordan başqa neçə əməkdar artist, tanınmış aktyorlar imza çəkiblər. Mənim nəyimə lazımdır rejissor kimdir? Niyə onu işdən azad etmək niyətində olum ki? Qoyduğu tamaşalar sənət nöqteyi-nəzərindən səviyyəsizdir, ona görə də yaradıcı heyət də ondan narazıdır. Mən qarışmıram. Bir neçə dəfə kollektiv bu baş rejissordan narazılıqla mənə müraciət etdi. Mən də dedim ki, baş rejissoru Nazirlik təyin edir, mən qarışa bilmərəm, çalışın normal yaradıcı mühit naminə dil tapın, bir-birinizi anlayın. Amma problem böyüdükdə, kollektiv mənə bildirdi ki, siz qarışmırsınızsa, biz özümüz çıxış yolu taparıq. Yəni bu "imzatoplama prosesində" qətiyyən mənim göstərişim yoxdur".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda hərbi xidmətə çağırış yaşı ARTIRILIR? - AÇIQLAMA
Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO
ABŞ və NATO hücumda: Krım planı iflasa uğradı

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO