Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100392
az

Natəvanın heykəli ilə bağlı Fransa XİN-ə də müraciət edildi

21:3903 Yanvar, 2024
187
CƏMİYYƏT
  • A

Fransanın Evian-lö Bən şəhər meriyasının "Azərbaycan Parkı" adı ilə bağlı şəhərdəki bütün lövhələrin yığışdırılmasına dair qərarı bu ölkədə yaşayan Azərbaycan icmasını hiddətləndirib.

OXU24.COM  xəbər verir ki, Fransa Azərbaycanlıları Koordinasiya Şurası adından ölkənin Xarici İşlər Nazirliyinə, parlamentinə, Evian-Lö Bən şəhər meriyasına ünvanlanan bəyanatda bu yolverilməz hadisə Azərbaycanın İsmayıllı şəhəri ilə Evian-lö Bən şəhəri arasında 2015-ci ildə imzalanmış qarşılıqlı dostluq və əməkdaşlıq xartiyasının kobudcasına pozulması kimi qiymətləndirilib. Nəzərə çatdırılıb ki, məhz həmin xartiyaya əsasən 2017-ci ildə bu şəhərdə "Azərbaycan Parkı" açılıb və parkda dünya qadınlarının azadlıq rəmzi olan görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsi ucaldılıb.

Azərbaycanla Ermənistanın artıq sülh müqaviləsinin imzalanması üzrə danışıqlar mərhələsində olduğunu, İsmayıllı şəhərinin heç bir vaxt iki ölkə arasında mübahisə obyekti olmadığını xatırladan Koordinasiya Şurası qeyd edib ki, meriyanın qərarı Ümumi İcma Məcəlləsinə ziddir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kütləvi zəhərlənməyə səbəb olan sahibkarlardan biri DANIŞDI - VİDEO
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
Mütəxəssislər xəbərdarlıq edir: Əl və ayaqların uyuşması şəkər xəstəliyinin əlaməti ola bilər

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR