Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100187
az

Bakıda yeni ilin ilk saatında güclü yanğın - Video + Yenilənib

12:5001 Yanvar, 2024
142
CƏMİYYƏT
  • A

Bu dəqiqələrdə Bakıda Gəncə prospektində yerləşən Xətai park yaşayış kompleksində güclü yanğın başlayıb.

Yanğın hündürmərtəbəli binanın 18-ci mərtəbəsində yerləşən mənzillərdən birinin eyvanında baş verib.

Hazırda əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub.

***

FHN hadisə ilə bağlı məlumat yayıb.

Nazirlikdən “Qafqazinfo”ya bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

DİN-in mətbuat xidmətindən bildirilib ki, məlumat üzrə aidiyyəti dövlət qurumunlarının əməkdaşları ilə birgə polis əməkdaşları da əraziyə cəlb olunub. Müvafiq təhlükəsizlik tədbirləri görülüb, xəsarət alan yoxdur.

***

Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən sakinlər təxliyə olunub.

***

FHN-in yaydığı son məlumata görə, 8 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 2 nəfər tüstüdən zəhərlənmiş halda təcili tibbi yardım briqadasına təhvil verilib.

Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


 

 


Paylaş:

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kütləvi zəhərlənməyə səbəb olan sahibkarlardan biri DANIŞDI - VİDEO
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
Mütəxəssislər xəbərdarlıq edir: Əl və ayaqların uyuşması şəkər xəstəliyinin əlaməti ola bilər

ATV kanalı yutubda 1 milyondan çox abunəçi yığdı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
2 evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanıldı