Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100051
az

Kapital Bank-ın sponsorluğu ilə mühəndislik və sahibkarlıq konfransı keçirildi

16:4429 Dekabr, 2023
117
CƏMİYYƏT
  • A

Kapital Bank-ın sponsorluğu ilə mühəndislik və sahibkarlıq konfransı keçirildi

Kapital Bank-ın baş sponsorluğu ilə “Açıq mənbə sahibkarlığı konfransı” baş tutdu. Konfransın məqsədi süni intellekt və açıq mənbə texnologiyası ilə məşğul olan peşəkarları, bu sahəyə marağı olan şəxsləri, texnologiya həvəskarlarını və sahibkarları bir araya gətirmək idi.

“GOUP” Könüllülər İcmasının təşkil etdiyi tədbirdə 150-dən çox iştirakçı ilə birlikdə süni intellekt, açıq mənbə texnologiyaları və sahibkarlıq mövzusunda geniş müzakirələr aparıldı, təqdimatlar nümayiş olundu. Mühəndislik və sahibkarlıq istiqamətlərində panel müzakirələrin və fərdi çıxışların da baş tutduğu konfransda 35 məruzəçi iştirak etdi.

İştirakçıların tədbirə göstərdiyi maraq və mütəxəssislərin təcrübələrini paylaşmaq həvəsi onu göstərir ki, son dövrlərdə ölkəmizdə xüsusən də gənclərin süni intellekt və açıq mənbə texnologiyalarına, eləcə də sahibkarlığa marağı artır. Bu kimi tədbirlər informasiya texnologiyaları sektorunda şəbəkələşmə, bilik mübadiləsi və yeni ideyaların inkişaf etdirilməsi üçün unikal imkanlar yaradır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 39 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

XİN: Bu, ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür
FİFA bu qadağanı götürür
Gürcüstanın baş naziri etirazları dəstəkləyən Avropa Şurasının rəhbərinə cavab verib

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...