Moskvada müstəntiqlər 26 yaşlı qızı zorlamaqda ittiham olunan iki kişiyə qarşı cinayət işi açıb.
Oxu24.com xəbər verir ki,bu barədə paytaxt polisi məlumat yayıb.
İstintaqın məlumatına görə, iyunun 14-də Narva küçəsindəki evlərin birinin zirzəmisində iki nəfər zərərçəkmişi zorlayıb.
"Şübhəli şəxslər saxlanılıb, onlara ittiham elan edilib. Hazırda bir sıra ekspertizaların təyin edilməsi üçün sənədlər hazırlanır", - idarədən bildirilib.
İstintaq təqsirləndirilən şəxslərin həbsi ilə bağlı vəsatət vermək niyyətindədir.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR