Misirin Hurqada şəhərinin mərkəzi çimərliyində çimən kişi köpəkbalığı tərəfindən suyun altında hücuma məruz qalıb,
Hadisə şahidləri faciə anını kameraya çəkib,
Oxu24.com xəbər verir ki,Rusiya Teleqram kanalları məlumat yayıb.
İstirahətçilər son bir neçə gündə çimərlik yaxınlığında artıq köpək balığı üzgəci gördüklərini, lakin bunun delfin olduğunu düşündüklərini bildiriblər.
Ölən şəxs Rusiyadan gələn turist olub. Hadisələrin şahidi Baza Telegram kanalına bildirib ki, Hurqadadakı Misir Arzu çimərliyi yaxınlığında bir köpəkbalığı Rusiyadan gələn turisti “yeyib”.
O qeyd edib ki, bütün bunlar onun gözləri qarşısında baş verib.
“Qız qaça bildi, zərbəni o öz üzərinə götürdü. Dəhşətli bir şeydir, bu oğlanın qalıqları orada qalır”deyə hücumun şahidi bildirib.
Rusiya Baş Konsulluğu Baza-ya köpəkbalığı hücumunun qurbanının Rusiya vətəndaşı olması barədə məlumatı rəsmən təsdiqləyib.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR