Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90271
az

Bakıda şok hadisə: Müəllimin intim görüntüləri əldə edildi, atası isə...

17:0305 İyun, 2023
1555
18+
  • A

Azərbaycanda 1981-ci il təvəllüdlü Sahil sevgi münasibətində olduğu tanışı Aydanı (adlar şərti verilib – red.) intim fotoları ilə şantaj edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Sahil Aydanı və onun yaxın qohumlarının haqqında rüsvayedici məlumatlar yaymaqla 100.000 manat məbləğində pulunu əldə etmək qərarına gəlib.


Sahil bu məqsədlə Aydanın müxtəlif vaxtlarda “instaqram” sosial şəbəkəsi vasitəsi ilə ona göndərdiyi özünə məxsus intim xarakterli fotoşəkillərini onun yaxın qohumlarına göstərib, haqqında rüsvayedici məlumatları yaymaqla hədələyib.

Bu hədə ilə 1 oktyabr 2020-ci ildə Aydan və atası Bəxtiyardan 50.000 manat məbləğində pul tələb edib. Oktyabrın 15-də Abşeron rayonu, Novxanı qəsəbəsi, Dəniz yolu küçəsində yerləşən “Alfa” restoranında Bəxtiyardan tələb etdiyi 50.000 manat məbləğində pulu alıb.

Bundan sonra Sahil Aydanı yenə də eyni görüntülərlə şantaj edib. O, 27 fevral 2021-ci ildə telefon vasitəsi ilə həm Aydanı, həm də atası Bəxtiyara yenidən hədə-qorxu gələrək onlardan əlavə 50.000 manat məbləğində pul tələb edib.

Zərərçəkmiş Aydan və onun atası Bəxtiyar tərəfindən hüquq-mühafizə orqanlarına edilən şikayət əsasında Sahil məsuliyyətə cəlb olunub.

“Evimi satdım”

İstintaq orqanı tərəfindən Sahilin barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədlə hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sahil ona elan olunan ittiham üzrə özünü təqsirli bilib.

Məhkəmədə ifadə verən Sahilin sözlərinə görə, zərərçəkmiş şəxslərdən 50 min manat alıb: “5 ay sonra yenidən əlaqə saxlayaraq pul istəmişəm. Özümü 50 min manata münasibətdə təqsirli bilirəm. Zərərçəkmiş Aydanı məktəbdən tanımışam, onunla münasibətim olub. Gənc vaxtlarımızda Aydanla evlənməkdən ötrü evimi satdım. O vaxt Aydan mənə dedi ki, Bakıdan ev al, yoxsa başqasına ərə veriləcək. Bakı şəhərində ev ala bilmədiyim üçün pulum batdı”.

“İntim şəkillərini ərinə göstərəcəyimi bildirdim”

Təqsirləndirilən şəxs qeyd edib ki, 2019-cu ildə Aydanla sosial şəbəkə vasitəsi ilə ünsiyyət qurub:

“Bundan sonra bizim münasibətimiz yarandı. Biz cinsi əlaqədə olduq. Aydan mənə intim şəkillərini göndərdi. Daha sonra intim şəkillərini ərinə göstərəcəyimi, onu rüsvay edəcəyimi bildirdim. Buna görə Aydanın atası ilə görüşərək ondan 50 min manat pul istədim.

Aydanın atası Bəxtiyar evini sataraq 50 min manatı mənə verdi. Pulu verməsəydi, hamı Aydanla bir yerdə olmağımızı biləcəkdi.

50 min manatı aldıqdan sonra Bəxtiyarın məni sosial şəbəkədə izlədiyini gördüm. Məni vatsapda izlədiyinə görə yenidən Bəxtiyara zəng etdim, 2-ci dəfə 50 min manat istədim. O, pulu verməyəcəyini bildirdi.

Bəxtiyara qızı ilə birlikdə olduğumu hamının biləcəyini, onları rüsvay edəcəyimi dedim. 2-ci dəfə zəng edərək, yenə 50 min manat istədim. Birinci dəfə görüşdüyümüz yerdə yenidən görüşdük. 50 min manat pul istədim”.

“Orta məktəbdən münasibətimiz vardı”

Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan olunaraq araşdırılıb.

O, həmin ifadəsində göstərib ki, Aydanla orta məktəbdən tanış olub: “Məndən bir sinif yuxarı oxusa da, onunla sevgi münasibətlərində olmuşam. Münasibətlərimiz universitet dövründə də davam edib. Həmin ərəfələrdə avtoxuliqanlıq etdiyimə görə iki gün saxlanıldım. Lakin cinayət məsuliyyətinə cəlb edilmədim. Aydan və ailəsi bunu eşitdi. Ona görə Aydan mənə dedi ki, ailəsi evlənməyimizə razı deyil. Belə olan halda biz ayrıldıq. Hər birimiz başqa-başqa adamlarla ailə həyatı qurduq”.

“Kriminal aləmin üzvləri ilə yaxınlığımdan danışdım”

Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən 2019-cu ilin əvvəllərində dəqiq xatırlamadığı “Odnoklassniki” və ya “İnstaqram” sosial şəbəkəsində Aydanın onun şəbəkə hesabına baxdığını görüb: “Bundan sonra ona mesaj göndərdim. Aydan da cavab yazdıqdan sonra danışmağa başladıq. Danışıqlarımız təxminən 4-5 ay sonra görüşməyimizlə nəticələndi.

İlk görüşdə Baş Dövlət Yol Polis İdarəsinin yaxınlığında yerləşən otelə getdik, intim münasibətdə olduq. Xırdalanda yerləşən oteldə də bir neçə dəfə görüşdük. Mən yalandan Aydana kriminal aləmin üzvləri ilə yaxınlığımdan danışdım. Belə danışmaqda məqsədim Aydanın belə adamlardan xoşu gəldiyini hiss etməyim olmuşdu. Əslində qab-qacaq satan sıradan bir ticarətçiyım”.

“Qərara gəldim ki, atasından pul alım”

Təqsirləndirilən şəxs deyib ki, onun xahişi ilə Aydan bütün bədəninin və qurşaq hissədən yuxarı paltarsız şəkillərini də instaqram sosial şəbəkəsi vasitəsi ilə ona göndərib: “Aydana şəkilləri sildiyimi desəm də, əslində silməmişəm.

2020-ci ilin əvvəllərində pandemiya dövründə Aydanla görüşə bilmədiyimdən qərara aldım ki, bir daha görüşməyək. 2020-ci ilin sentyabrın sonunda mənə təcili pul lazım olduğuna görə qərara gəldim ki, hədə-qorxu gəlməklə Aydanın atası Bəxtiyardan pul alım.

Bundan başqa, həmin hərəkətlə Bəxtiyardan məni Aydanla ayırdığına görə qisas da ala bilərdim. Bu məqsədlə Aydana dedim ki, gəl sonuncu dəfə görüşək. Oktyabrın 1-də onun işlədiyi məktəbin yaxınlığında özümə məxsus avtomobildə görüşdük. Bu zaman Aydana dedim ki, atana, anana mənimlə intim münasibətlərimin olmağımı desin.

Bildirdim ki, nömrəmi atana ver, atanla danışıb, bu işi tamamlayaq. Əks halda münasibətlərimiz barədə hamının, Aydanın ailə üzvlərinin məlumatı olacaq. Bu işlər üçün Aydana oktyabrın 3-nə kimi vaxt verdim”.

“Vaxtilə mən əziyyət çəkmişəm, indi də sən əziyyət çək”

Sahilin ifadəsinə görə, oktyabrın 3-də Aydanın atası Bəxtiyar ona zəng edib:

“Bəxtiyarı həmişə yemək yediyim Novxanı qəsəbəsində yerləşən “Alfa” restoranına dəvət etdim. Onu restorana gətirmək üçün tanış taksi sürcüsü Rasimdən xahiş etdim.

Bəxtiyarla restoranın həyətində oturduq. Ona yalandan kriminal aləmlə sıx əlaqələrimdən danışdım. Qızı Aydanın məndə intim şəkillərinin, mesajlarının olduğunu dedim.

Bəxtiyar məndən nə istədiyimi soruşdu, bu işin həlli, yəni materialları məhv edilməsi və heç kimə yaymamaq üçün 50.000 manat istədim.

Bəxtiyar pulunun olmadığını deyəndə qızı ilə bağlı bütün materailların hamıya yayılacağını dedim. Bəxtiyarın Xırdalan şəhərində evinin olduğunu bildiyimdən dedim ki, get evini sat, pulu gətir, mənə qızını o vaxtı verməmisən, mən əziyyət çəkmişəm, indi də sən əziyyət çək. Bəxtiyar fikirləşəcəyini dedi və getdi”.

“Elə bilirsən, hesabı silməklə iş bitir?”

Sahil bildirib ki, Bəxtiyara 15 gün vaxt verib: “Sonradan Aydana pulla bağlı tələsmələrini və yaxud materailları yayacağımla bağlı hədə-qorxular gəlməyə davam etdim. Bəxtiyar da mənimlə görüşüb, dediyim pulu verəcəyini, lakin bundan sonra bir daha bu söhbətlərin təkrarlanmasını istəmədiyi dedi. Söz verdim ki, pulu çatdırsa, bir daha bu söhbət təkrarlanmayacaq.

Həmin ərəfədə vatsap vasitəsi ilə Aydanın əvvəldən mənə göndərmiş olduğu paltarsız şəkillərini təzədən özünə göndərdim. Bildirdim ki, elə bilirsən, hesabı silməklə iş bitir, hər şeyi özümdə saxlamışam. Bundan sonra Aydangil qorxdular”.

Sahilin sözlərinə görə, 2020-ci ilin oktyabrın 15-də Bəxtiyar ona zəng edib və bildirib ki, pul hazırdır: “Həmin gün Novxanı qəsəbəsində “Alfa” restoranında görüşdük. Bəxtiyar orada mənə 50.000 manat verdi. Mən də pulu götürdüm və materialları məhv edəcəyimə, bir daha onları narahat etməyəcəyimə söz verdim. Pulu şəxsi ehtiyaclarıma xərclədim”.

“Mənə söz verdiyimi xatırlatdı”

Təqsirləndirilən şəxs qeyd edib ki, 2021-ci ilin fevralında ona yenidən pul lazım olub: “Başqa çarə tapa bilmədim və qərara gəldim ki, yenidən Aydana, atasına hədə-qorxu gələrək onlardan pul tələb edim.

Bu məqsədlə fevralın 27-də Bəxtiyara zəng etdim. Daha sonra taksi sürücüsü olan tanışım Rasimə yalandan dedim ki, Bəxtiyar pul borcludur, zəng edib "Alfa" restoranına görüş təyin etsin, o da gələcək. Martın 1-də saat 14 radələrində Rasim zəng etdi. Biz telefonla Bəxtiyarla danışanda dedim ki, yenidən 50.000 manat pul verməlisən, yoxsa qızın Aydana aid məlumatları, materialları yayacam. Bəxtiyar mənə söz verdiyimi xatırlatdı. Lakin pul tələb etməyə davam etdim.

Bir-iki gün sonra eyni restoranda Bəxtiyara zəng vurdum. O, zəngə cavab vermədi. Rasimə Bəxtiyarın evinin yerini izah etdim, oraya göndərdim ki, onu evlərindən götürərək restorana gətirsin. Rasim də getdi, Bəxtiyarla danışdı, amma o, gəlməkdən imtina etdi.

Mən də Bəxtiyara telefonla danışdıqda hədə-qorxu ilə pulu tələb etməyə davam etdim. Təxminən bir gün sonra ona dedim ki, 50.000 manat pulun yoxdursa, 10.000-15.000 manat ver, məsələni həll edək. Amma Bəxtiyar pul vermədi”.

“Dedi ki, bunların əvəzini səndən çıxacam”

Cinayət işi üzrə zərərçəkmiş Aydanın sözlərinə görə, təqsirləndirilən Sahillə orta məktəbdə birlikdə oxuyub: “Yaşıd olsaq da, Sahil məndən bir sinif aşağı oxuyub. Məktəbi bitirdikdən sonra universitet dövründə də bizim sevgi münasibətlərimiz olub.

Biz ailə həyatı qurmaq istəmişik. Təxminən 2002-ci ilin yay aylarında Sahil avtomobildən oğurluq etdiyinə və polisə müqavimət göstərdiyinə görə tutuldu. Onun avaraçılığa meyilli həyat tərzi sürməsi səbəbindən ondan ayrılmaq qərarına gəldim. Görüşəndə valideynlərimin ailə qurmağımıza razı olmadıqlarını bildirdim. Sahil də əsəbiləşdi və dedi ki, bir neçə il sonra qarşıma çıxsan, bunların əvəzin səndən çıxacam”.

“Şəkilləri sildiyini dedi”

Zərərçəkmiş qeyd edib ki, 2019-cu ilin əvvəllərində onun İnstaqram sosial şəbəkə hesabına Sahildən mesaj gəlib: “Əvvəl cavab yazmasam da sonra onunla yenidən danışmağa başladım. Bu danışıqlarımız təxminən 4-5 ay sonra görüşməyimizlə nəticələndi.

Ərimdən xəbərsiz 2019-cu ilin yaz aylarında Sahillə ilk görüşdə otelə getdik, intim münasibətdə olduq. Sahilin təkidli xahişlərindən sonra bədənimin və qurşaq hissədən yuxarı paltarsız şəkillərimi də instaqram sosial şəbəkəsi vasitəsi ilə ona göndərdim.

Lakin şəkilləri göndərəndən və Sahil baxandan sonra silirdim ki, şəbəkənin yaddaşında şəkillərim qalmasın. Sahil də şəkilləri sildiyini dedi”.

“Bu sözləri ciddiliklə dediyini anladım”

Zərərçəkmiş deyib ki, 2020-ci ilin əvvəllərində pandemiya dövründə görüşə bilməyiblər və bundan sonra bir daha onunla görüşməməsinə qərar alıb: “2020-ci ilin sentyabrın sonunda Sahil mənə dedi ki, gəl sonuncu dəfə görüşək. Biz oktyabrın 1-də işlədiyim orta məktəbin yaxınlığında Sahilin avtomobilində görüşdük. Mənə dedi ki, ata-anana intim münasibətlərimizi denən. Nömrəsini də atama verməyimi məsləhət gördü ki, bu işi tamamlasınlar. Əks halda münasibətlərimiz barədə hamının və ailə üzvlərimin məlumatı olacaq.

Mən buna etiraz edəndə Sahil məni daha artıq hədə-qorxu gəlməyə başladı. Bundan sonra Sahilin bu sözləri ciddiliklə dediyini anladım”.

Zərərçəkmiş ifadəsində atası Bəxtiyarın Sahil ilə görüşməsindən, Sahilin onun atasından hədə-qorxu yolu ilə 50 min manat almasından danmışıb.

“Məcbur qalıb şikayət etdik”

Zərərçəkmiş həmçinin deyib ki, Sahil qeyd olunan məbləği alan zaman onların qarşısına çıxmayacağına söz versə də, sözünə əməl etməyib.

Qeyd edib ki, 2021-ci ildə Sahil yenidən onlara hədə-qorxu gəlməyə başlayıb, onlardan 50 min manat tələb edib: “27 fevral 2021-ci ildə Sahil vatsapdan mənə mesaj göndərdi. Yazmışdı ki, məni necə tanıyırsan?! Mən bu barədə anama dedim.

Sahil yenidən atama zəng etdi, 50 min manat tələb etdi. Əks halda barəmdə onda olan bütün şəkilləri, videoları yayacağıni bildirdi. Sahil mənə və atama ardı kəsilmədən zənglər etməyə başladı. Atam da məcbur olaraq polisə şikayət etdi”.

Cəza narazılıq yaratdı

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sahil 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Zərərçəkmişlər Aydan və atası Bəxtiyarın vəkilləri tərəfindən apellyasiya şikayəti verilib. Apellyasiya şikayətində Sahilin barəsində olan hökmün dəyişdirilməsini, ona daha ağır cəza təyin olunması istənilib.

Apelyasiya şikayətində qeyd edilib ki, təqsirləndirilən şəxsin hərəkətləri nəticəsində Bəxtiyar və ailəsinin yeganə mülkiyyətində olan Xırdalan şəhərində dəyəri 70-80 min manat olan mənzili yarıbayarı qiymətə satıb, üstünü düzəldərək 50000 manat məbləğində pulu təqsirləndirilən şəxs vermək məcburiyyətində qalıblar.

Qeyd olunub ki, bu gün zərərçəkmiş şəxslər evsiz-eşiksiz qalıblar. Cinayət işinin nə ibtidai istintaqı dövründə, nə də uzun sürən məhkəmə baxışı müddətində dəymiş ziyan ödənilməyib.

Təqsirləndirilən zərərçəkmiş barəsində müxtəlif dövlət orqanlarına rüsvayedici məlumatlarla məktublar yazacağı bildirilib. Şikayətçilər göstəriblər ki, heç bir məhkəmə prosesində təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən üzrxahlıq etməyib, əməlindən peşman olmasını dilə gətirməyib, əksinə özünü təqsirsiz hesab edib.

Hazırda zərərçəkmiş Aydanın ailəsi məhz təqsirləndirilən Sahilin hərəkətləri nəticəsində faktiki dağılıb, ailə pərişan vəziyyətə düşüb.

Bu şikayət araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. Hakim heyətinin qərarına görə, apellyasiya şikayəti qismən təmin edilib və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Sahilin barəsində olan cəza 12 il 6 aya qədər artırılıb.

Bu qərardan narazı qalan Sahil kasasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Kasasiya şikayəti təmin edilməyib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kuryer tələbə qızı zorlayıb (18+)
Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Azyaşlıya təcavüz edən şəxs həbs edilib

Qulaqcıqlarla bağlı CİDDİ XƏBƏRDARLIQ -Geri dönməz dəyişikliklərə səbəb olur

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
“Dəfn pulu”    artırılır