Meksikada Roksana Ruiz adlı qadın ona təcavüz edən kişini köynəklə boğaraq öldürüb.
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki, məhkəmə 6 il həbs cəzası alan Ruizin işinə xitam verilməsinə qərar verib. Qərar xüsusilə ölkədəki qadınlar tərəfindən müsbət qarşılanıb.
Məhkəmə həmçinin Ruizi öldürdüyü şəxsin ailəsinə 16 min dollar təzminat ödəməyə məcbur edib. Qərardan sonra ölkədə etiraz aksiyaları başlayıb. Ruizin vəkili işi şuraya aparıb.
Şənbə günü verilən açıqlamada, Dövlət Şurası daha əvvəl altı il həbs və 16.000 dollar cərimə ilə nəticələnən işə xitam verməyə qərar verdi və tək ana olan Ruizin onu zorlayan kişiyə qarşı özünü müdafiə edərkən qətl törətdiyini bildirdi. .
Qərardan əvvəl paytaxt Mexikoda nümayiş keçirən feminist qruplar "Həyatımı xilas etmək cinayət deyil" pankartları açıblar. Ruizin 4 yaşında bir uşağı var.
Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR