İntim münasibətdən qorxudan onlar hətta bayıla, qıc ola və ya özlərinə xəsər belə yetirə bilərlər.
"Medicina"xəbər verir ki, genofobiya -həm kişilər, həm qadınlarda rast gəlinən seksual fobiyadır.
Bir çoxları elə bilir ki, bu kimi qorxular psixotravma, zorlanmadan sonra olur. Amma bu belə deyil.
Bu fobiyanı uşaq yaşlarında adi sığal, sekslə bağlı hansısa məqam və erkən yaşda seksual aktivlik yarada bilər.
Digər adı Kiotofobiya olan təşviş pozuntusu intim əlaqədən fiziki və psixi qorxu, qaçmaqdır.
Həkim psixiatrların fikrinə görə, genofoblar nəinki real intim əlaqədən, hətta sekslə bağlı fikirdən belə güclü qorxu, həyəcan keçirə bilirlər.
Bəzi genofobyalar irsən genetik də keçir.
Bəziləri vaginizmi, libid azlığını, cinsi istəksizliyi və aseksuallığı bu fobiya ilə səhv salır. Bunlar ayrı ayrı hallardır.
Əsl genofobiyanı həkim psixiatr təyin edə bilər.
Genofob seksual əlaqə, yaxınlıqdan söz düşəndə və ya buna hazırlaşanda və ya intim partnyor qarşısında hətta adi nəvazişdən belə panik atak, isterik hal, bayılma keçirə bilər.
Belə adamlar dərhal qaçmaq, uzaqlaşmaq, gizlənmək istəyir, özünü təhlükədə hiss edir, sevgililəri olmur, yalnız virtual münasibətə meyil edir, depressiyaya düşür, özlərini ikilikdə yaxşı hiss etmir.
Çox vaxt bu problemlərini ailəsindən gizlədir. Əslində bu qorxu hesabatsızdır, çünki xəstə səbəbi izah edə bilmir, nə vaxt niyə belə olduğunu bilmir, məntiqə sığmır.
Bu fobiyanın müalicəsi var, nə qədər tez başlansa bir o qədər yaxşıdır.
Psixoterapevtlə 10-12 seans koqnitiv terapiya ilə aradan qaldırıla bilər.
Azərbaycanda dəhşət: Polis bağda cinsi əlaqədə olduğu Günayı niyə öldürüb? (FOTO)
Oxu24.com
ŞƏRHLƏR