Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71146
az

Kişilərin ən böyük intim problemi: ANORQAZMİYA dərdi necə çözməli?

00:3126 İyun, 2022
1477
18+
  • A

Orqazm intim münasibətin təbii, fiziki, mənəvi həzz nöqtəsidir. Hazırda həm kişilər, həm qadınları məhz bu problem narahat edir: ANORQAZM.

İdeal cinsi münasibətdə hər iki tərəf finişə çatmalıdır. Tərəflərdən biri buna çatmırsa, biri digərini günahlandırır. Kişilər özlərində problem axtarmağa başlayır.


Bakupost.az xəbər verir ki, alimlər kişilərdə anorqazmiyanın səbəblərini araşdırıb.

Səbəblərdən biri: fiziki, ruhi yorğunluq

Orqazmın pozulması psixoloji, fizioloji faktorlardan asılıdır. Müasir kişilərin ereksiya probleminin banal, ən sadə səbəbi yorğunluqdur. İşdən, hətta işsizlikdən yorulma, normal yatmamaq, fiziki gərginlik, xroniki stress.

Bəzən həkimlər depressiyada, stresdə olan kişilərə antidepressantlar yazır, bu dərmanlar özü də ereksiyanı pozur. Bu zaman həkimlə yenidən müzakirə aparıb, dərmanı dəyişmək lazımdır.

2-ci səbəb: Alkoqol, içki

Kişi uzun müddət və ya heç orqazm ola bilmirsə, bunun səbəbi spirtli içkilər ola bilər. Alkoqolun təsirindən cinsi orqandan beyinə impuls ötürən sinir reseptorları sönür, bütün sistemlər tormozlanır. Nəticədə cinsi münasibət marafon qaçışına bənzəyir, finiş çox uzaqdır. Bu qadını da yorur.

3-cü səbəb: Perfeksionizm


Özünü yataqda hərtərəfli göstərmək istəyən, ideal və ən yaxşı hesab edən, özünü və qadını orqazma çatdırmaq üçün öncədən düşünüb-daşınan kişilərdə qorxu işə düşür. Bu zaman həyəcan və əlavə fikirlər əksinə ona mane olur. Əgər bir dəfə belə kişidə uğursuzluq oldusa, o kompleks qarmağına düşür, psixoloji əziyyət çəkir, bunu qadından gizlədir.

4-cü səbəb: Həqiqi Anorqazmiya

Bu, artıq tibbi diaqnozdur. Orqazmın heç olmaması və ya gec olması orqazmik disfunksiya adlanır. Bu diaqnoz həm qadınlarda, həm kişilərdə rast gəlinir. Qadınlarda bunun digər adı frigidlikdir. Əgər bir kişidə orqazmsızlıq daha tez-tez mütəmadi baş verirsə, seksoloq, uroloq, androloq, nevroloqa müraciət etməlisiz.

Anorqazmin tibbi səbəbləri:

- İnfeksiyalar, cinsi xəstəliklər
- Şəkərli diabet, piylənmə, ürək, böyrək xəstəlikləri
- Sinir pozulmaları
- Xərçəng
- Müxtəlif travmalar, əməliyyat sonrası

Qeyd edək ki, bu problem üçün yaş həddi yoxdur. 25 yaşından yuxarı hər kəsdə anorqazmiya ola bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Moskva metrosunda bıçaqlanma - VİDEO
Parkda təcavüz olunan qadın öldü
Köpəkbalığı qadına hücum etdi - VİDEO

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Mağazalarda saxta əskinaslarla alış-veriş edən şəxs saxlanılıb