Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60582
az

Seksdən asılı olduğunuzu göstərən 7 əlamət – Bunlar varsa, müalicə almalısız

20:5803 Noyabr, 2021
1099
18+
  • A

Seksdən asılılıq yaşdan, cinsdən, cəmiyyətdəki statusdan asılı olmayaraq, bir çox insanların üzləşə biləcəyi problemdir. Daimi, bir insanla əlaqədə, intim münasibətdə istədiyi kimi tam açıla bilməyənlər illərlə partnyorları dəyişə-dəyişə vurnuxur, tək olanda isə qəzəblənir, özünü dünyanın ən bədbəxt insanı hesab edib, ətrafa qarşı aqressiv davranır.


Medicina.az seksdən xəstəlik həddində asılı olan insanların 7 əlamətini təqdim edir. Əgər bu əlamətlərdən 3-4-ü sizdə varsa, o zaman xəstə olduğunuzu anlayıb, mütəxəssisə müraciət etməlisiz.

1. Təsadüfi tanışlıq, səbəbsiz ünsiyyət, qarışıq əlaqələr


Əgər siz ay ərzində təsadüfi tanışlıqlara meyl edib, elə hər xoşunuza gələnlə, hətta gəlməyənlə flitr edib, ünsiyyət və əlaqə yaratmaq istədiyinizin səbəbini bilmirsizsə, mən bu adamdan nə istəyirən sualına cavab tapmırsızsa, deməli, siz o insandan yalnız bir şey istəyirsiz: yataq və seks. Hətta yoldan keçən bir bəy, xanıma belə iştahın oyanması və onunla tanışlığı xəyal etmək, 1 gün sonra dünən bu fikirdə olduğunuzu unutmaq, sizi bədəninizin və ya seks asılılğı xəstəliyinin idarə etdiyini göstərir.


2. Bir insanla 2 dəfədən artıq intim münasibətdə ola bilmirsiz.


Əgər aylardır tanıdığınız biri ilə məqsədinizə çatıb, intim əlaqədə olduqdan 1-2 həftə sonra ona qarşı marağınız ölürsə, uzaqlaşmağa bəhanə gəzirsizsə və növbəti macəraya atılırsızsa, siz zavallı xəstəsiz.


3.  Qarşısı alınmaz və saysız-hesabsız masturbasiya


Özünüzün intim tələbatınızı özünüzün ödəməyiniz halı gündə 5-12 dəfə baş verirsə, bu vəziyyət günün günorta çağı işdə, işgüzar görüşdə və ya hətta yemək yeyərkən yaranırsa, bu vəziyyəti idarə edə bilmirsizsə, sizə təxirəsalınmaz müalicə lazımdır. Əks təqdirdə real partnyordan həzz ala bilməyəcəksiz


4. Seks dərman və ya narkotik effekti verir


Əsəbi olanda, ac olanda, dincəlmək istəyəndə, nədənsə həzz almaq istəyəndə, kədərli və ya sevincli vaxtınızda sizi yalnız seks sakitləşdirir. eyforiya hissi verir. Qeyd edək ki, narkotik, alkoqol və seks asılılığı və inkişafı eyni ssenari üzrə gedir.


5.Tənhalıqdan qorxursuz, təkbaşına qalmaq sizi yorur


Seks aludəçiləri təklikdən çox qorxur. `1 gün tək qalmaq belə onlar üçün çətindir. Burda təklik kiminləsə yataqda olmaqdan getmir, ümumiyyətlə adamsız qala bilmirsiz.

Dostlar, tanış, sevgili, ailə- kimsə yanınzda olmalıdır.


6. Telefon və komputeriniz intim videolarla doludur


Siz fürsət tapan kimi porno saytlara daxil olur, telefonda belə videolar saxlayır, gecə-gündüz yadınıza seks düşən kimi – bu da sizdə gündə 5-8 dəfə baş verir – dərhal videoya baxır, bəzən bundan çəkinmir və bundan sonra ya cinsi partnyor axtarırsız, ya da onanizmə keçirsiz.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Bakıda dəhşətli anlar: Qadını maşın belə vurdu (18+)
Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər