Türkiyənin Dənizli bölgəsində 35 yaşlı şəxs internetdə tanış olduğu 16 yaşlı qızı aldadaraq qaçırıb.
Oxu24.com xəbər verir ki, qızın ailəsinin polisə şikayətindən sonra yeniyetmənin axtarışları başlayıb.
Araşdırmalar nəticəsində məlum olub ki, 35 yaşlı şəxs yeniyetməni kirayə tutduğu evdə saxlayıb.
Polis onların yerini müəyyən edərək 35 yaşlı A.C adlı şəxsi nəzarətə götürüb.
Qız isə ailəsinə təhvil verilib.
Məlumata görə, 35 yaşlı şəxs ailəlidir və onun 2 uşağı var.
O ilk ifadəsində yeniyetmənin pis yola düşməməsi üçün evə apardığını bildirib.
Araşdırmalar davam edir.
Oxu24.com
ŞƏRHLƏR