Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
49188
az

Bakirə qız hansı halda hamilə qala bilər?- Saytımıza ən çox ünvanlanan sual

23:1423 Fevral, 2021
4205
18+
  • A

Son zamanlar  anonim olaraq oxuculardan ən çox verilən suallardan biri də budur. Sualı həm gənc oğlanlar, həm də qızlar verir.

Bakirəlik pozulmadan hamilə qalmaq mümkündürmü?

Oxu24.com  bu sualın tibbi cavabını təqdim edir.

Bakirəliyinin pozulmasından qorxan, lakin cinsi əlaqəyə girən cütlüklərin ehtiyat etdiyi məqamlardan biri də hamilə olub-olmamaqdır. Həkimlər deyir ki, bakirə ikən hamilə qalmaq nadir hallarda olsa da, mümkündür. Lakin hansı formada və dövrdə cinsi əlaqəyə girməyin hamilə qalmağa təsiri var.

 

Cütlükləri ən çox maraqlandıran məsələlərdən biri hansı formada cinsi əlaqəyə girdikdə hamilə qalmaqdır. Sürtünərək və ya alt paltarları ilə cinsi əlaqəyə girdikdə hər hansı bir şəkildə hamilə qalmaqdan söhbət belə gedə bilməz. Hamiləlik riski ancaq və ancaq vaginanın üzərində sürtünmə ilə cinsi əlaqəyə girildiyi zaman və vaginaya sperma axını baş verdikdə mümkündür. Çünki spermalar vaginadan içəri daxil olduğu zaman hamiləlik prosesinin ilk addımı atılmış olur. Buna görə də "bakirəyəm hamilə qala bilmərəm" deyib arxayın olmağa dəyməz. Vaginanın üzərinə boşalma reallaşsa, qızlıq pərdəsi pozulmayan qız belə, hamilə qala bilər. Belə ki, qızlıq pərdəsi vaginanın təxminən 2-3 sm içərisindədir. Bu quruluşun ortasında da bir boşluq var. Yəni vaginanın iç qisminə doğru boşalma baş verdikdə, spermalar bu qismdən keçə bilər və hamiləlik yarada bilər. Qısası, bakirəlik heç bir formada hamilə qalmağa mane olan bir vəziyyət deyil.

 

Mütəxəssislərin sözlərinə görə, hamilə qalma ehtimalının yüksək olduğu dövr ovulyasiya dövrüdür. Bu dövrə yumurtlama dövrü də deyilir. Bu zaman kəsiyində cinsi əlaqəyə girilibsə və vaginanın ətrafına sperma tökülübsə, hamilə qalma ehtimalı olduqca yüksəkdir.

Ancaq menstruasiya zamanı cinsi əlaqəyə girilsə belə, hamilə qalma ehtimalı demək olar ki, yoxdur. Lakin unutmaq olmaz ki, hamilə qalmaq üçün penisin vaginanın içərisinə daxil olması mütləq deyil.

Yalnız spermaların də vaginanın içinə daxil olması hamilə qalmaq üçün kifayətdir. Bununla yanaşı, sürtünmə yolu ilə hamilə qalmaq aşağı bir ehtimaldır. Çünki vaginanın ətrafındakı ifraz spermaların ölməsinə səbəb ola bilər. (Medicina.az)

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ