Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32686
az

Azərbaycanda kişi arvadını həyətdə qonşu ilə intim əlaqədə olarkən tutdu (18+VİDEO)

15:3907 İyun, 2020
3134
18+
  • A

2018-ci il avqustun 13-də DİN 102 Xidmətindən Şabran RPŞ-nə şəhər ərazisində qətl törədilməsi barədə məlumat verilib.

Oxu24.com   xəbər verir ki, polis və prokurorluq əməkdaşları Vidadi küçəsi, 26 ünvanında, yardımçı tikilidə üzərində bıçaq xəsarətləri ilə şəhər sakini Ruslan Hacıyevin meyitini aşkar ediblər.

Ev sahibi Vüsal Hacıyev həmin şəxsi qısqanclıq zəminində öldürdüyünü bildirib və özü qaynar xəttə zəng etdiyini bildirib.

İstintaqla мüəyyən edilib ki, Vüsal Hacıyev Şabran sakini Ruslan Hacıyevi arvadı Dünya Adıgözəlova ilə 2014-cü ilin yayında yaşadığı evin həyətində cinsi əlaqədə olarkən yaxaladıqdan sonra, onu bağışlasa da, sonradan həmin şəxs camaatın içərisində haqqında nalayiq ifadələr işlətməsi səbəbindən qısqanclıq zəmində qisas almağı qərarlaşdırıb.

2018-ci il avqustun 12-də mebel düzəltmək bəhanəsi ilə tanışı İsmayıl Səfərəliyev vasitəsi ilə Ruslan Hacıyevi evə dəvət edib.

Həyat yoldaşı ilə görüşməsini xatırladıb həmin vaxt ona güzəşt etdiyini söylədikdə Ruslan arvadının pozğun qadın olduğunu, digər insanlarla da intim görüşdüyünü bildirib.

Başlanan mübahisədə masanın üzərindəki su ilə dolu şüşə qabı tanışının baş nahiyyəsinə çırpıb, mətbəx bıçağı götürüb, ailə üzvləri və qonşuları eşitməsin deyə Ruslanı həyətdə yerləşən yardımçı tikiliyə aparıb.

Orda vurduğu bıçaq zərbələri nəticəsində Ruslan Hacıyev hadisə yerində ölüb.

Vüsal Hacıyev bildirib ki, o bir neçə dəfə ailəli olub. Ailə həyatı qurduğu qadınlardan biri Dünya Adıgözəlova olub, nikahlarından 2 övladları dünyaya gəlib.

2014-cü ilin yay aylarında, gecə vaxtı, evin həyətində arvadını Ruslan Hacıyevlə cinsi əlaqədə olarkən yaxalayıb və bu barədə polisə məlumat verib.

Lakin yoldaşı öz razılığı ilə həmin şəxsi evə dəvət etdiyini bildirdikdən sonra sonuncu sərbəst buraxılıb. Dünya Adıgözəlova 1 ildən sonra uzun sürən xəstəlikdən vəfat etdiyindən nikahlarına xitam verilib.

Ruslan Hacıyev şəhər sakinləri arasında ona söysə də, onun qeyrətsiz olmasını bildirsə də, səbirli olub. 4 ildən sonra, avqustun 12-si günorta saatlarında tanışı İsmayıl Səfərəliyevlə spirtli içki qəbul edib, sonra isə istirahət etmək məqsədi ilə birlikdə Zeyvə kəndinə gediblər.

Evinə qayıdandan sonra İsmayıldan dostu Ruslanı çağırmasını xahiş edib. O, da Hacıyevi evə dəvət edib, bir qədər söhbət etdikdən sonra İsmayıl çıxıb gedib.

İkisi tək qalanda Vüsal Ruslana 2014-cü ildə olan hadisəni xatırladıb, nə səbəbə görə belə bir hərəkət etməsini soruşduqda sonuncu Dünya Adıgözəlovanın tərbiyəsiz qadın olduğunu bildirib.

Ruslanın belə cavab verməsi onu daha da hiddətləndirib, buna görə su ilə dolu şüşə qabı onun başına vurub. Mətbəxə keçərək bıçağı götürüb və Ruslanı yardımçı tikiliyə aparıb.

Orada yumruq və təpiklə zərbələr vurduqdan sonra bıçaqla onun bədənin müxtəlif nahiyyələrinə 4 zərbə endirib. Bundan sonra Ruslan Hacıyevi qətlə yetirməsi barədə məlumat verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Hacıyev 12 il müddətinə azadlıqdan məhrum edilib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
Küçədə qızı belə öldürdü (18+VİDEO)
Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb