Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
25252
az

İlk cinsi əlaqədə qızlıq pərdəsi qanamaya bilərmi? - Həkimlə 18+ müsahibə

16:4826 Fevral, 2020
2551
  • A

Bugünkü mövzumuz bir qədər əvvəlki mövzulardan fərqlidir. Bu gün bizim milli mentalitetimizin saflıq, əxlaq rəmzlərindən biri sayılan qızlıq pərdəsi, bakirəlik barədə danışacağıq. Bu barədə olan suallar həmişə aktualdır və çoxdur. Həmin suallar içərisində ən çox verilənləri seçdik və bu gün bu suallara aydınlıq gətirəcəyik.

 

Oxu24.com  xəbər verir  ki,ginekoloq  Şəhla  Hüseynova qızlıq pərdəsi barədə  geniş məlumat verib.

 

18+ videonu təqdim edirik:

 

Qızların qızlıq pərdəsi barəsində bir çox həyəcanları var. Birincisi odur ki, qızlıq pərdəsi hər hansı bir hündürlükdən yıxıldıqda, travma zamanı, sərt yuyulmalar zamanı və s. kimi hallarda pozula bilərmi?

Çoxunuz düşünürsünüz ki, bu pərdə nazikdir, birbaşa səthdə yerləşir və qeyd etdiyim travmalardan pozula bilər. Amma qızlıq pərdəsi heç də nazik bir pərdə deyil, onun qalınlığı kifayət qədərdir və bu travmalar onun tamlığını poza bilməz. Qızlıq pərdəsinin tamlığı yalnız iki halda pozula bilər:

1) Cinsi əlaqə zamanı

2) Küt və ya iti bir alətin vaginal bölgəyə daxil olması

Qızlıq pərdəsi ilk cinsi əlaqə zamanı qanama verməyə bilərmi?

Bəli, bəzi qadınlarda qızlıq pərdəsi elastik olur. Yəni əlaqə zamanı kənarlara doğru dartılır, lakin tamlığı pozulmur. Əlaqə baş verir, lakin qızlıq pərdəsində qanama olmur. Çox nadir hallarda isə qızlıq pərdəsi ümmiyyətlə olmur. Buna qızlıq pərdəsinin aplaziyası deyilir. Bu hal zamanı da ilk cinsi əlaqədə qanama baş vermir. Bu məsələlər tərəflər arasında çox böyük mübahisələrə yol açır. Bu problemi aradan qaldırmaq üçün isə sadəcə olaraq həkimə müraciət edib problemin nə olduğunu aydınlaşdıra bilərsiniz.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fil xəsətliyi görün nədən yaranırmış: Müalicəsi olmayan bəla  (18+FOTOLAR)
Cinsi münasibətin müddətini dərmansız necə uzatmalı - Effektiv metodlar
Bakirəlik anadangəlmə olmaya bilərmi? - 5 vacib suala cavab

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ