Rusiyanın Yekaterinburq şəhərində məşhur çatdırılma xidmətinin kuryeri avtomobildə azyaşlıya təcavüz edib.
Oxu24.com xəbər verir ki, bu barədə Ura.ru məlumat yayıb.
Agentliyin məlumatına görə, hadisə noyabrın 14-nə keçən gecə Uktusskaya küçəsində baş verib. Məşhur çatdırılma xidmətinin kuryeri Sollers Atlant avtomobilində Nijni Tagildən olan 17 yaşlı kollec tələbəsini zorlayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi saxlayıb. Kişi cinayət zamanı sərxoş olub - avtomobildən bir şüşə rom tapılıb. Qızın vəziyyəti ilə bağlı məlumat verilməyib.
Bundan əvvəl Sankt-Peterburqda 14 yaşlı 8-ci sinif şagirdi saunada zorlanmışdı. Bunu 18 və 20 yaşlı iki sərxoş rus edib. Onlardan biri hazırda növbəti zorlama faktına görə istintaq təcridxanasındadır, ikincisi isə saxlanılıb.
Bundan əvvəl Yekaterinburqda həmyerlisi tərəfindən zorlanan gənc miqrant xəstəxanaya yerləşdirilmişdi.
Nura
Oxu24.com
ŞƏRHLƏR