Rusiyanın Moskva vilayətində "Platan" Elmi-Tədqiqat İnstitutunun əsas binasında yanğında ölənlərin sayı 9-a çatıb.
Oxu24.com Rusiya mediasına istinadən xəbər verir ki, insanlar yanan binadan xilas olmaq üçün pəncərədən tullanıblar.
Hadisə ilə bağlı müstəntiqlər ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi açıb.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun sözlərinə görə, qurbanlardan biri ağır vəziyyətdə süni nəfəs aparatında reanimasiyadadır.
Həmin görüntünü təqdim edirik:
Miri
Oxu24.com
ŞƏRHLƏR