Amerikalı iş adamı İlon Mask "SpaceX"-də tabeliyində olan işçilərlə cinsi əlaqədə olub.
Oxu24.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.
Maskı iş yerində təqib etməkdə ittiham edən qadınlardan biri şikayət edib. Qadın iddia edir ki, Mask dəfələrlə ondan uşaqlarını dünyaya gətirməsini istəyib. Qadın imtina etdikdən sonra isə maaş artımı almayıb.
Qeyd olunur ki, WSJ-nin mənbəyi 48-dən çox insanla yazışmalar, elektron materiallar və müsahibələr olub. Bunlara qurban qadınların dostları və qohumları, həmçinin "SpaceX"-in keçmiş əməkdaşları daxildir. "SpaceX"-in direktoru Gwynne Shotwell vəziyyəti şərh etsə də, Mask özü jurnalistlərin sorğularına cavab verməyib. O, təqib xəbərlərinin "SpaceX" mədəniyyətini əks etdirmədiyini bildirib. Onun sözlərinə görə, şirkət bu kimi şikayətlərə baxır və tədbir görür.
Yeganə
Mənbə: Lenta.ru
Oxu24.com
ŞƏRHLƏR