Moskvada bir nəfər tanımadığı şəxsə liftdə hücum edib və hədə-qorxu gələrək onu təhqir edib.
Oxu24.com xəbər verir ki,bu barədə Rusiya İstintaq Komitəsinin paytaxt üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.
İstintaqın məlumatına görə, hadisə mayın 20-də Marşal Vasilevski küçəsində yerləşən yaşayış binasının liftində baş verib.
Naməlum şəxs qadına hücum edərək başını ən azı 3 dəfə döşəməyə vuraraq hədə-qorxu gəlib, sonra isə ona qarşı cinsi zorakılıq edib.
Bundan sonra hücum edən şəxs yoxa çıxıb və zərərçəkən hüquq-mühafizə orqanlarına ərizə yazıb.
Faktla bağlı cinayət işi açılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlinin şəxsiyyətini müəyyən edərək onu saxlayıblar.Ona qarşı ittiham irəli sürülüb.
Şöbədən bildirilib ki, faktla bağlı sübutların toplanması və möhkəmləndirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Arifə
Oxu24.com
ŞƏRHLƏR