Rusiyanın Sankt-Peterburq şəhərinin Frunzenski rayonunda 19 yaşlı Özbəkistan vətəndaşı saxlanılıb, gənc oğlan məktəbli qızı zorlamaqda şübhəli bilinir.
Oxu24.com xəbər verir ki, bu barədə 78.ru məlumat yayıb.
15 yaşlı Sankt-Peterburqlu qız təcavüzə məruz qalıb, 19 yaşlı Özbəkistan vətəndaşı isə azyaşlının cinsi toxunulmazlığına qarşı cinayət törətməkdə şübhəli bilinərək saxlanılıb.
Məlum olub ki, gənc Rusiyada qeyri-qanuni olub; o, miqrasiya orqanlarında qeydiyyatda deyil.
Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.
Nigar
Oxu24.com
ŞƏRHLƏR