Rusiyada 9-cu sinif şagirdi Moskvada qeydiyyatda olan həmyaşıdını zorlamaqda ittiham edib.
Oxu24.com xəbər verir ki, bu barədə Ren TV məlumat yayıb.
Valideynləri evdə olmadığı vaxt qızın sinif yoldaşı Abramtsevskaya küçəsindəki bir mənzildə dostlarını toplamaq qərarına gəlib.
Yeniyetmələr araq içib əyləniblər.Məktəbli qız çox içdiyindən özünü pis hiss edib.Otaqda yatan zaman sinif yoldaşı məktəbliyə təcavüz edib.
Səhər məktəbli evə qayıdıb və hər şeyi valideynlərinə danışıb.
Onlar hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı araşdırma aparır, hadisənin bütün hallarını müəyyənləşdirirlər.
Nigar
Oxu24.com
ŞƏRHLƏR