Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7643
az

İnsana oxşayan bu bitki 25 yaşına çatanda alimləri belə heyrətə salır - Tərkibi o qədər zəngindir ki…

15:2004 Dekabr, 2018
1035
  • A
Jenşen bitkisi Çənubi Şərqi Asiyada hələ bir neçə min il əvəldən məlumdur. İnanclara görə, onun insana bənzəyən kökü bir sıra mistik xüsusiyyətlərə malikdir. Jenşeni sağlamlıq və uzun ömür verən bitki kimi tanıyırlar.

Medicina.az xəbər verir ki, jenşen bitkisi meşənin yarımqaranlıq, gündüşməyən yerlərində rast gəlinir.

Jenşen bitkisində rast gəlinən maddələrin hələ hamısı alimlər tərəfindən kəşf olunmayıb.

Tərkibində olan maddələr aşağıdakılardır:

1.150 növ saponin. Bu maddələr yalnız jenşen bitkisinin köklərində yaranır. İnsanın sinir siteminə və qan damarlarına müsbət təsir edir.

2.B, C, H vitaminləri. Hətta bir damcı jenşen şirəsi orqanizmin bütün bu vitaminlərə olan günlük tələbatını təmin edə bilər.

3.Mikroelementlər: kalium, kalsium, marqanes, dəmir, maqnezium. Bu maddələr anemiya və gücsüzlük zamanı köməyə gəlir.

4.Аazot birləşmələri: amin turşuları, zülallar və s. Bu maddələr orqanizmin əsas hissəsini təşkil edir.

5.Efir yağları. İmmuniteti və dözümlülüyü artırır.

6.Üzvi və yağ turşuları. Bu maddələr qocalma prosesini ləngidir.

7.Karbohidratlar: saxaroza, fruktoza, qlükoza enerji mənbəyidir, orqanizmin maddələr mübadiləsini tənzmləyir.

Yalnız 25 yaşını tamam etmiş yabanı yetişən jenşen bitkisi özündə yuxarıda sadalanan  maddələri ehtiva edir.  

Jenşen kökü xüsusi işləmədən sonra uzun müddət öz xeyirli xüsusiyyətlərini saxlayır.

Apteklərdə jenşen bitkisindən hazırlanan dərman preparatları, xüsusi tabletlər, məlhəmlər satılır.

Jenşen bitkisindən əsasən xroniki yorğunluq, anemiya, hipertoniya, diabet, ürək-damar, oynaq  xəstəlikləri və bir çox digər xəstəliklərdə istifadə edilir.

Jenşen kökü çox xeyirlidir, ancaq onu bir dərman kimi istifadə etməzdən əvvəl mütləq mütəxəssislə məsləhətləşmək lazımdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Öd kisəndə daş olduğunu necə bilmək olar?
Yod çatışmazlığının 11 əlaməti

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Rusiya sülhməramlıları niyə vaxtından əvvəl Qarabağdan getdi? - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı