Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7773
az

Nazpəri verilişə qayıtdı, Elza isə gəlmədi

13:0508 Dekabr, 2018
760
  • A
Xalq artisti Nazpəri Dostəliyeva ötən həftə tərk etdiyi “Səs Azərbaycan” layihəsinə geri qayıdıb.

 Axşam.az-ın məlumatına görə, əməkdar artist Elza Seyidcahanla söz savaşına çıxan müğənni münsif kürsüsündə yenidən oturub.

Dostəliyeva proqram zamanı yaşanan qalmaqaldan söz açıb:

“Hər şey hər zamankı kimi yaxşı olacaq. Keçən verilişdə bir hadisə baş verdi, buna qayıtmaq istəmirəm. Amma bir şeyi vurğulayım ki, canlı yayımda dözülməz bir hal oldu. Buna görə də, verilişi tərk etdim. Tamaşaçılardan buna görə üzr istəyirəm. Bəzi yazıq və düşüncəsizlər başqa fikirlər irəli sürürlər. Amma xalq hər şeyi çox gözəl bilir. Allahın yaratdığı sənətkara elə xəzinə verir ki, ona nə sponsor, nə də başqa bir şey lazım olur. Gənclərə irad bildirməliyik. Amma dözülməz təhqirlər, onları ruhdan salmaq və məhv etmək olmaz”.
Nazpəri geri qayıtsa da, Elza Seyidcahan proqramda yer almayıb. Onun işləri ilə bağlı bir həftə olmayacağı, gələn proqramlardan yenidən münsif kürsüsündə oturacağı bildirilib.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qaraciyəri qardaşına köçürülən Nərmin:
Əməkdar artist xəstəxanadan evə buraxıldı
Elgizin və Xoşqədəmin verilişi ilə bağlı qərar verildi - FOTO

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
ŞOK! İnternatdan qaçan uşaq birbaşa efirə girib  görün nələr  dedi +VİDEO
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət