Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5511
az

Aygün Kazımova \"Toppuş bacıya\" pul yardımı etdi - VİDEO

12:3125 Sentyabr, 2018
1067
  • A
Kino və musiqi dünyasının tanınmış simaları xərçəngdən əziyyət çəkən aktrisa Tünzalə Əliyevaya maddi yardım ediblər.

Oxu24.com  xəbər verir ki, Toppuş bacı ləqəbi ilə tanınan aktrisa yardım üçün ATV kanalında yayımlanan "Bizimləsən" verilişinə müraciət ünvanlamışdı. Verilişin dünənki buraxılışında proqramın aparıcısı Zaur Baxşəliyev aktrisanın müalicəsi üçün ona pul yardımı edənlərin adlarını açıqlayıb. Məlum olub ki, aktrisa üçün təxminən 15 min manat pul yığılıb.

Lakin məşhurların göndərdiyi məbləğlərin açıqlanması sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Bəzi izləyicilər 100-200 manat pul göndərən xalq artistlərini qınayıb.

Xatırladaq ki, Xatirə İslam keçən həftə verilişə qonaq gələrək T.Əliyeva üçün məşhurlardan pul yığmaq ideyasını irəli sürmüşdü. Hətta o, özü bir-bir tanınmışlara zəng vuracağını və aktrisa üçün onlardan pul yığacağını bildirmişdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

63 yaşlı Nərgiz Cəlilovanın yeni görüntüsü - FOTO
Ad günündə insult keçirdi, aktyorlarla birgə kəlmeyi-şəhadətini gətirdi - Əməkdar artistin ölümünə nə səbəb olmuşdu?
Elza bu dəfə başına xoruz qoydu - VİDEO

12 barmağı  uşaq dünyaya gəlib

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Elza Seyidcahan:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Avtomobillərə “silah” tuşlayan şəxsin kimliyi bilindi - Video