Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7732
az

Dövlət Təhlükəsizliyi Xidməti vətəndaşlara müraciət və xəbərdarlıq edir

14:3907 Dekabr, 2018
838
  • A
Xəbərdarlıq olunur ki, terrorçuluq və digər cinayətlər barədə bilə-bilə yalan məlumat verməyə görə cinayət məsuliyyəti nəzərdə tutulub


Dövlət Təhlükəsizliyi Xidməti (DTX) vətəndaşlara müraciət edib. Bu barədə Sputnik Azərbaycan-a DTX-nın mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir:

"Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin etimad telefon nömrəsi (+99412) 405 99 99 və 1656 qaynar xətti vətəndaşların (müraciət edənlərin xahişi əsasında onların şəxsiyyətlərinin açıqlanmaması təmin edilir) məlumat vermələri, yaxud çatdırmaları üçün birbaşa əlaqə vasitəsidir.

Vətəndaşlar qanunvericiliklə təhqiqatı və ibtidai istintaqı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətlərinə aid edilmiş hazırlanan, törədlilən və ya törədilmiş cinayətlər, eləcə də bu cinayətləri hazırlayan, törədən, yaxud törətmiş şəxs (şəxslər) barədə, milli təhlükəsizliyə təhdid yaradan hadisələr və ya hərəkətlər, həmçinin bununla bağlı digər məsələlər barədə DTX-ya məlumat verə bilərlər.

Azərbaycan Respublikasının və onun vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinə, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin, terror aktlarının, eləcə də digər mümkün təhdidlərin aşkarlanmasının və qarşısının alınmasına kömək edə biləcək bütün məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) üçün əhəmiyyət kəsb edir.

Etimad telefon nömrəsinin (+99412) 405 99 99 və 1656 qaynar xəttinin növbətçiləri həftənin 7 günü 24 saat ərzində məlumat qəbul edirlər".

DİQQƏT!!!

Vətəndaşlar xəbərdar olunurlar ki, terrorçuluq və digər cinayətlər barədə bilə-bilə yalan məlumat verməyə görə cinayət məsuliyyəti nəzərdə tutulub.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin ünvanı və əlaqə xətləri:

AZ1006, Bakı şəhəri, Parlament prospekti 14.

Telefon: (+99412) 405 99 99

Faks: (+99412) 405 92 22

Qaynar xətt: 1656 (bölgələrin sabit telefon şəbəkələri üçün (012) 1656)

E-poçt: [email protected]





Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - Reaksiya
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - Fotolar

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO