Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7684
az

Putinin “təhlükəli oyun”u: NATO müdaxilə üçün siqnal gözləyir

19:5505 Dekabr, 2018
1046
  • A
 Rusiyanın noyabrın 28-də Krımda S-400 zenit-raket sistemlərinin yerləşdirilməsinə dair bəyanatı narahatlıqla qarşılanıb.

Moskvanın bu addımı noyabrın 25-də Rusiya hərbi-dəniz qüvvələrinin Kerç Boğazında Ukraynaya məxsus gəmilərə atəş açmasından cəmi 3 gün sonraya təsadüf etdi. Rusiyanın məlum hərbi gedişi Qərbdə ciddi təşviş doğurub və böyük münaqişənin alovlanmasına zəmin kimi qiymətləndirilib. İlk baxışda görünən budur ki, mövcud hərbi-siyasi proseslərin gedişində Rusiya prezidenti Vladimir Putin müqavimət və vəziyyəti daha da gərginləşdirməyə meyllənib.

Lakin bu təəssürat yanlış ola bilər. Reallıqda isə Rusiya 2014-cü ildə Krımı qeyri-qanuni ilhaq etdikdən sonra yarımadada üç S-400 zenit-raket divizionu yerləşdirib. Moskva indi də Krımda 4-cü S-400 divizionunu yerləşdirməyə qərar verib. Bu, yaxşı xəbər olmasa da, hələ ki irimiqyaslı müharibənin başlanğıcı hesab edilmir.

Rusiya prezidenti Vladimir Putinin Kerç Boğazı ətrafında yaranmış böhrana görə atacağı addımlara dair müxtəlif rəylər var. Qərb təhlilçiləri ehtimal edirlər ki, Putin Azov Dənizinə və Şərqi Ukraynanın sənaye limanlarına çıxışı bağlamaq niyyətindədir. Onların fikrincə, proseslərin bu istiqamətə yönəlməsi Moskvanın iqtisadiyyatı zəifləyən Ukrayna hökuməti üzərində üstünlüyünü artıracaq. Bundan əlavə, Rusiya Ukraynanın Azov Dənizində yeni hərbi-dəniz bazası tikmək planına da kəskin reaksiya verə bilər. Rusiyanın bu yanaşması onun uzun müddətdir ki, hazırladığı NATO-nu Qara Dəniz regionundan uzaqlaşdırmaq strategiyasına əsaslanır.

Digər tərəfdən, Putinin ölkə daxilində reytinqi azalmaqdadır. Bu məsələdə Rusiya prezidentinin sanksiyaların təsiri ilə aparmağa məcbur olduğu pensiya islahatlarının təsiri böyükdür. Müqayisə üçün xatırladaq ki, 2013-cü ildə reytinqi 30 faiz civarında olan Putinin reytinqi 2014-cü ildə – Krımın ilhaqından sonra 80 faizə yüksəlmişdi. Böyük ehtimal ki, Putin azalan reytinqini bərpa etmək üçün yenidən bu hiyləgər siyasətə əl atmağı düşünür. Əgər belədirsə, Putin, həqiqətən, təhlükəli oyuna baş vurub.

Ukrayna prezidenti Petro Poroşenkonun Kerç Boğazı ətrafında yaranmış böhrana görə tutduğu mövqe bir sıra suallar doğurur. Rusiyanın Ukrayna sərhədi yaxınlığında cəmləşdirdiyi tankların sayını artırdığını bəyan edən Poroşenko yaxın günlərdə “irimiqyaslı hərbi əməliyyatların başlayacağı” barədə xəbərdarlıq etmişdi. Əslində isə, Rusiyanın Ukrayna ilə sərhəddə hərbi kontingentini gücləndirməsi 2014-cü ildən başlayıb. “Harvard Belfer Mərkəzi”nə görə, Ruiyanın Ukrayna sərhədində hərbi gücünü artırması yeni xəbər deyil”.

Poroşenko Rusiya təhdidinin artdığını qəsdən şişirdir? Bəzi hesablamalara görə, Poroşenko gələn ilin martında keçiriləcək prezident seçkilərində qalib gəlməyə bilər. Prezidentin siyasi əleyhdarları ehtimal edirlər ki, Poroşenko Ukraynanın təhlükəsizliyini risk altına salır və ölkədə hərbi vəziyyət elan etməklə, demokratik prosesləri məhdudlaşdırmağa çalışır. Ukrayna parlamentinin müxalif millət vəkili Sergey Leşenko deyir ki, “Poroşenkonun yenidən Ukrayna prezidenti seçilə bilməsi üç millətçi şüara söykənir: Dil, inam və ordu”.

Qərbin regiondakı proseslərə yanaşması da şübhəlidir. Rusiyaya qarşı sərt xəttin tərəfdarı olan Pentaqon prezident Donald Trampın NATO-ya dəstək verməsinə əsaslanaraq, Ukraynanın NATO üzvlüyünə qəbulunda maraqlıdır. Qərb Kerç Boğazında baş verən qarşıdurmaya Putinin Şərqi Avropa, Balkanlarda, Suriyada və Solzberidə (2018-ci il martın 4-də İngiltərədə Serqey Skripal və onun qızının zəhərlənməsi prosesi) törətdiyi vəhşiliyin davamı kimi baxır. Kerç böhranı münasibətlərində çatlar yaranan ABŞ və Avropanı yenidən birləşdirməklə yanaşı, Qərbin Ukraynaya silah satışını sürətləndirə bilər. Hətta Transatlantik birliyin dayanıqlı olacağı təqdirdə, NATO-nun Ukraynanı Rusiya təcavüzündən qorumaq üçün konkret hərəkətə keçəcəyi də istisna olunmur.

Məlum olduğu kimi, ABŞ-da Trampın Rusiya ilə münasibətlərinə dair təhqiqatlar hələ davam edir. Ağ Ev Kerç ətrafında baş verən münaqişəyə yönəlik mövqeyini müəyyənləşdirərkən, bu həssas məqamı nəzərə almalı olur.

Əgər Putin Qərb ölkələri arasında fikir ayrılığına əsaslanaraq, Trampın qətiyyətsiz mövqeyindən istifadə etsəydi, öz məqsədinə nail ola bilərdi. Əgər Poroşenko da siyasi uğur qazanmaq məqsədilə Moskvanı təxribata çəkməyə cəhd göstərsəydi, onun da həmin gedişinin özünü doğrultması mümkün idi. Eyni zamanda, ola bilər ki, Kerç böhranı orta səviyyəli Rusiya komandirlərinin öz səlahiyyətlərini aşmaları nəticəsində yaranıb. Bu da inandırıcı versiyadır… Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fransalı siyasətçi: “Makron ölkəni hər cəhətdən məhv edir”
İran Ermənistana
“Lukoyl”un rəhbərliyində 4-cü müəmmalı ölüm... – Nə baş verir? + FOTOLAR

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət