Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7154
az

Belarusdan Paşinyana sərt cavab: “Bu sənə küçə demokratiyası deyil”

16:3517 Noyabr, 2018
1110
  • A
 Böyük siyasətdə küçə demokratiyası yox, diplomatik protokol qaydalarına uyğun hərəkət etmək lazımdır.
 “Oxu24.com” xəbər verir ki, bunu Belarusun xarici işlər nazirliyinin mətbuat katibi Anatoliy Qlaz Nikol Paşinyanın Belarus prezidentinin ünvanına səsləndirdiyi ittihamlara cavab olaraq deyib.

“Görünür, Ermənistanın baş nazir vəzifəsini icra edən Paşinyan özünü beynəlxalq prokuror sayır”, - deyə Anatoliy Qlaz deyib.

Belarus diplomatın fikrinə görə, belə bir davranış KTMT-nin keçmiş baş katibi, Ermənistanın vətəndaşı Yuri Xaçaturova qarşı sərgilənə bilər. Amma beynəlxalq və dövlətlərarası münasibətlərdə dəqiq protokol və etiket qaydaları hökm sürür.
“Görünür, Paşinyan hələ də başa düşməyib ki, böyük siyasətdə küçə demokratiyası qaydaları keçmir. Təəssüf, ümid edirik ki, zamanla bu keçəcək”, - deyə Qlaz əlavə edib.

Qeyd edək ki, Paşinyan 16 noyabr tarixində jurnalistlərlə söhbətində bəyan edib ki, Belarus prezidentindən Azərbaycanla KTMT-dəki vəziyyəti müzakirə etdiyi üçün hesabat tələb edəcək. Paşinyan hesab edir ki, Lukaşenko bağlı qapılar arxasında keçirilən iclasın detallarını bu təşkilata üzv olmayan ölkəyə danışmamalı idi. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şoyqunun müavini saxlanıldı
Vəziyyət Ukraynanın xeyrinə dəyişmir - Kirbi
Putin:

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Ağır xəstəlikdən əziyyət çəkən qadın TƏBİB-dən kömək istədi - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı AÇIQLAMA