Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6023
az

Aprel döyüşlərində həlak olan qızın qardaşı minaya düşdü, ayağı kəsildi - FOTO+VİDEO

15:4211 Oktyabr, 2018
1425
  • A
  Tərtər rayon sakini Azad Həsənov minaya düşüb.

Bu barədə Rayon İcra Hakimiyyətindən AzVision.az-a məlumat verilib.

Hadisə Həsənqaya kəndi ərazisində baş verib. Minaya düşən gənc həmin ərazidə mal-qara otarırmış. A.Həsənov Bərdə Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib, ayağı aşağı hissədən amputasiya edilib.

Qeyd edək ki, Azad Həsənov Kəlbəcər rayonundan məcburi köçkün düşüb. O, ailəsi ilə birlikdə Tərtər ərazisində məskunlaşıb. Aprel döyüşləri ərəfəsində düşmənin Həsənqaya kəndini artilleriya atəşinə tutması nəticəsində bacısı, 16 yaşlı Turanə həlak olub.

Səhiyyə Nazirliyindən verilən məlumata görə isə xəstə hazırda nəzarət altındadır.

“Vəziyyəti pisdir. Xəstədə sol ayağının travmatik amputasiyası, sağ baldırın arxa səthinin geniş cırılmış yarası, xayalığın zədələnməsi və hər iki xayanın amputasiyası, hər iki saidin geniş cırılmış yarası qeydə alınıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, Tərtər rayonunda yaşayan kəlbəcərli məcburi köçkün Azad Həsənov bu gün Həsənqaya kəndi ərazisində mal-qara otararkən minaya düşüb.

Xatırladaq ki, Azad Həsənov Aprel döyüşləri vaxtı, düşmən gülləsi nəticəsində həlak olan 2000-ci il təvəllüdlü Turanə Kamandar qızı Həsənlinin qardaşıdır. O, Kəlbəcərin Ermənistan tərəfindən işğalı nəticəsində doğma yurdundan köçkün düşərək, Tərtərin Həsənqaya kəndində yuva qurmuş bir ailənin övladı idi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İranın
İrəvan bu məsələdə Bakı ilə danışıqlara getmədi
Azərbaycanın sülh səylərinə Ermənistanın qarşılıq göstərilməsi vacibdir - Nazir