Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4555
az

Robert Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı : “Azərbaycan bir qiyamçının üzündən…”

20:1116 Avqust, 2018
1665
  • A
 Ermənistanın eks-prezidenti Robert Köçəryan Apellyasiya məhkəməsində onun barəsində çıxarılmış həbs qətimkan tədbirindən verilmiş şikayətə baxılması zamanı 1993-cü ildə Azərbaycanda Surət Hüseynovun qaldırdığı hərbi qiyamdan danışıb. Virtualaz.org xəbər verir ki, bu barədə Robert Köçəryanın vəkili Ayk Alumyan erməni KİV-lərinə bildirib. Vəkilin dediyinə görə  Robert Köçəryan 2008-ci il martın 1-də silahlı qüvvələrə verdiyi məxfi əmrin ordunun siyasətə müdaxiləsi üçün nəzərdə tutulmadığını deyib. Çünki həmin məxfi əmrdə ordunun nümayişçilərə qarşı tətbiq edilməsi barədə heç nə deyilmirdi



"Robert Köçəryan əmri sadəcə ona görə verib ki, Silahlı qüvvələrin siyasətə müdaxiləsi ehtimalını aradan qaldırsın”-Alumyan bildirib.

Vəkil habelə Robert Köçəryanın Apellyasiya məhkəməsində çıxışından bir hissəni də jurnalistlərə çatdırıb.



"Robert Köçəryan məhkəmədə bildirdi ki, bizim əlimizdə təcrübə var, bizim təcrübə yox, düşmənimizin təcrübəsi. Bu hansı təcrübədir? Azərbaycanda 90-cı illərin əvvəllərində qiyam qaldırmış hansısa hərbi xadim-Surət Hüseynov var idi, hansı ki silahlı qüvvələrdə müəyyən avtoritetə malik idi və bundan istifadə edərək ordunu hakim rejimə qarşı çevirdi. Qoşun Gəncədən Bakıya yollandı. Köçəryan dedi ki, biz bunun necə baş verdiyini görmüşük. Nəticədə Azərbaycan bir qiyamçı hərbçinin hərəkətləri üzündən yüzlərlə itki verdi. Hakimiyyət hərbi qiyamı yatıra bildi, amma bu vaxt ərzində Azərbaycan üç rayon itirdi. İndi Robert Köçəryan dedi ki, belə vəziyyəti 2008-ci ildə özünə rəva görə bilməzdi. Çıxışın bu hissəsi 1 mart hadisələrinə aid deyildi, fevralın 23-nə və 0038 saylı məxfi əmrə adi idi”-vəkil bildirib.



Xəbər verildiyi kimi Robert Köçəryan ötən həftə Apellyasiya məhkəməsinin qərarı ilə sərbəst buraxılıb, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilib. Onun həbsdən burxılması etirazlar doğurub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fransalı siyasətçi: “Makron ölkəni hər cəhətdən məhv edir”
İran Ermənistana
“Lukoyl”un rəhbərliyində 4-cü müəmmalı ölüm... – Nə baş verir? + FOTOLAR

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət