Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2920
az

Ümummilli lider Heydər Əliyevin qayıdışı ilə müstəqilliyimiz təmin edildi

13:1414 İyun, 2018
1703
  • A
 Azərbaycanın bu günü,  Azərbaycanın tarixi Azərbaycanın Milli Qurtuluşunun banisi Heydar Əliyevin adı ilə birbaşa bağlı olub, həmçinin Azərbaycan xalqının bütün ictimai-siyasi, beynəlxalq, iqtisadi, mədəniyyət və idman sahəsində yenidən doğulması ve dirçəlişi özünü onun adı ilə göstərmişdir.
Bildiyimiz kimi, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etmişdir. Məlum olduğu kimi, gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında gərgin mübarizə gedirdi. 1991-1993-cü ilin iyun ayına qədər olan dövrdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, məsuliyyətsizliyi ucbatından Azərbaycanda baş verən siyasi böhran, daxili çəkişmələr, vəzifə davası ölkənin müstəqilliyini təhlükə qarşısında qoymuş, ölkə iqtisadiyyatını çökmüş vəziyyətə gətirmiş idi. 1992-ci il mayın 14-də hakimiyyəti ələ keçirən “Xalq Cəbhəsi” ilk gündən özünün qeyri-sağlam, başıpozuq fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərdi. Səriştəsiz idarəçiliyin nəticəsi olaraq, orduda vəziyyət ağırlaşır, fərarilik artır, erməni təcavüzü gündən-günə güclənirdi. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik, özbaşınalıq özünü biruzə verirdi. Paytaxt Bakıda yaranan xaosun davamı kimi ölkənin ikinci ən böyük şəhəri olan Gəncədə baş verən hadisələr mövcud vəziyyəti daha  da gərginləşdirirdi. Beləki, 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı. Gəncə qiyamı həmən dövrdə hakimiyyətdə olan AXC-Müsavat iqtidarının yarıtmaz əməllərinin, səriştəsizliyinin nəticəsi idi. Bunarın nəticəsi olaraq ölkədə daxili vəziyyət gərginləşmiş və hakimiyyət böhranının nəticələnməsinə gətirib çıxarmışdı. Hadisələrin fəsadlarından,  hansı istiqamətə yönələcəyindən xəbərsiz olan xalq isə vahimə və dəhşət içərisində idi. Elə o ağır vaxtlarda öz xilaskarını gözləyən xalqın diqqəti  Naxçıvana dikilmişdi.

Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Ulu öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli və israrlı dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi. 1990-cı ilin əvvəllərində törədilən 20 Yanvar hadisələrinə ilk siyasi qiymət verən, ölkədə baş verən hadisələri milli maraq və dövlətçilik mənafeyi baxımından təhlil edən ümummilli lider, dahi şəxsiyyət, böyük siyasi xadim Heydər Əliyev  Gəncə hadisələri zamanı da müdriklik göstərdi. Ulu Öndər xalqının xilası naminə həyatını təhlükə altına ataraq  artıq vətəndaş müharibəsinin yaşandığı Gəncəyə üz tutdu, vəziyyətlə yerindəcə ətraflı tanış olub, şəhər sakinləri ilə, əsgərlərlə, hərbi qulluqçularla görüşərək, çox az bir zaman çərçivəsində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. Baş verənləri  toplu şəkildə qeyd etsək, ulu öndər Heydər Əliyevin Bakıya qayıdışı və Gəncə şəhərinə səfəri Azərbaycanın qurtuluşu yolunda  ilk və həlledici addımı idi. Beləliklə, ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi və 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın israrlı tələbi ilə Milli Məclis 1997-ci ilin 15 iyununda bu günü bayram elan etdi. 1998-ci ildən isə dövlət bayramı statusu alaraq hər il rəsmi bayram kimi qeyd olunur.
Hər bir ölkənin tarixində liderlərin lideri xalqa ən gözəl nümunədir. Biz gənclər də hər zaman əfsanəvi lider Heydər Əliyevin fəaliyyətini, vətənə sonsuz sevgisini örnək götürərək, onun ölkəmizə verdiyi töhfələri fəaliyyətlərimizdə hər zaman paylaşırıq. Dahi öndər Heydər Əliyevin hər sahədə təməlini qoyduğu o uğurlu fəaliyyətlər, bu gün də  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfındən uğurla davam etdirilir.

Kamil Yaqubov – Suraxanı Gənclər Evi Sosial Xidmət Müəssisəsi Metodisti Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran Azərbaycandan nə istəyir? – AÇIQLAMA
“Paşinyan “sülh göyərçini” kimi özünü nümayiş etdirməyə çalışdı”
Son sutkada 568 nəfər yoluxdu

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur