Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1937
az

PUTİN İRANI İSRAİLİN AYAĞINA VERDİ - ŞOK

10:2719 May, 2018
1709
  • A
 Donald Tramp Hərtərəfli Birgə Fəaliyyət Planından (HBFP – İranla “altılıq” arasında bağlanmış nüvə sazişi-red.) çıxdığı haqda  qərarını elan etdiyi, İsrail isə Suriyada İran bazalarını bombaladığı bir məqamda Benyamin Netanyahu mayın 9-da Qələbə Günü illlik parada qatılmaq üçün rəsmən Rusiyaya dəvət olunub. Parada qatılmaq dəvətini qəbul etmək və Qırmızı Meydanda əklil qoymaq mərasimləri Vladimir Putinin ona göstərdiyi böyük ehtiramdır.

İsrail baş naziri öz səfərinin gedişində ölkəsinin Suriya ərazisində İranın iştirakına qarşı çıxış etmək haqqını müdafiə edib. İsrailin ABŞ-la çox gözəl münasibətləri olsa da, Benyamin Netanyahu 2017-ci ildə Donald Trampdansa Vladimir Putinlə daha sıx görüşüb.

 

İran nüfuzu haqda ümumi əndişə

 

İsrail baş naziri ABŞ-ın HBFP-dən çıxmaq qərarından sonra Rusiya prezidentiylə möhkəm-möhkəm əl sıxıb. Netanyahu Rusiyaya səfərinin yekunları üzrə İsrail və Rusiya hərbçiləri arasında “daimi koordinasiya”nın önəmini təsdiqləyib. Hətta İsrailin rusdilli zabitləri rusiyalı həmkarlarını İran obyektlərinə hücum haqda birbaşa məlumatlandırırlar ki, Rusiya ordusu üçün əlavə itkilərdən yayınsınlar.

Əslində, ruslar iranlılara qarşı qeyri-dostcasına kökləniblər: Yaxın Şərqdə möhkəmlənmək üçün maneələr yaradan İranın bölgədə artan nüfuzu onları narahat edir. İranlılar İraqda, parlament seçkilərində təzəlikcə inamlı qələbə çalan, bölgədə əsas oyunçulardan birinə çevrilən “Hizbullah”ın indi yerləşdiyi Livanda yerləşib. Moskva hesab edir ki, Tehran cığallıq edir və Suriyada siyasi tənzimləməni yeritməyə imkan vermir.

Beləliklə, Putinlə Netanyahu arasında Suriyadakı iştirakına dözülən İranla Əsəd qoşunları və Suriya rejimini təhlükə təhdid etməyəcəyi şərtilə İran raketlərini məhv etməyə müvəkkil edilən İsrail arasında balansı təmin edən müəyyən anlaşma qurulub. Bu strategiya Netanyahunun Kremlə səfəri zamanı hazırlanıb və müzakirə olunub. İsrail və Rusiya başçıları son iki ildə səkkiz dəfə görüşüblər.

 

Rusiyanın İsrail zərbələrinə laqeydliyi

 

Rusiya İsrail aviasiyasının uçuşlarına göz qoyur, amma bu zaman İran bazalarına zərbələrə göz yumur. Bu zərbələr Rusiya obyektləri, xüsusən də Tartusdakı Rusiya donanmasının maddi-texniki bazası, hərbi-dəniz strukturu üçün təhlükə ifadə etmir. Baza Aralıq dənizində yanacaq doldurmaq və gəmilərin təmiri üçün rəsmən “maddi-texniki dəstək nöqtəsi” sayılır və Türkiyə boğazları vasitəsilə Qara dəniz bazalarına qayıtmamaq imkanı verir.

Eyni şey yalnız Rusiya personalının çıxışı olan Xmeymim aviabazasına da aiddir. Ruslar əmindirlər ki, Əsədə qarşı qiyam boğulandan sonra İranın Suriyada belə əhatəli iştirakı daha qanuni deyil.

Putinin öz uzunmüddətli maraqları var. Netanyahu ilə Tramp arasındakı yaxşı münasibətlər İsrail baş nazirinə ABŞ və Rusiyanın maraqlarına toxunmadan Suriya münaqişəsini nizamlamaqda vasitəçi rolunu öz üzərinə götürmək imkanı verir. Putin əvəzində Holan təpələri sərhədində İran və “Hizbullah”ın təcavüzkar davranışını neytrallaşdıra bilər.

İsrail Suriyada “Oyuncaq evcik” kod adlı hava əməliyyatına görə məsuliyyəti öz üzərinə götürüb. İsrailin 28 qırıcısı 90 dəqiqə ərzində Rusiyanın tam etinasızlığı şəraitində altmış raket buraxıb. Hərbi ekspertlərin sözlərinə görə, İran Suriyadakı hərbi potensialının yarıdan çoxunu itirib. SAXAL aviasiya zərbəsi üçün hədəfə çevrilən İran obyektlərinin təsvirilə aeroşəkillər yayıb. Bu, 1973-cü ildəki “Qiyamət Günü Savaşı”ndan bəri İsrailin ən böyük əməliyyatıdır. İranın raket anbarları tamamilə məhv edilib, “Əl-Qüds”ün elit bölmələri ağır insan və material itkisi verib.

 

Moskva Tehrana silah satışına baxışı kəskin dəyişib

 

Netanyahu Moskvaya son səfəri zamanı öz hərbi planları haqda Putinə məlumat verib və təkid edib ki, Rusiya İrana silah tədarükünü məhdudlaşdırsın. Və buna nail olub, çünki Moskva birdən bildirib ki, S-300 “yer-hava” sinifli raketin ən yeni versiyasını İrana satmaqdan imtina edir.

Beləliklə, İsrail qırıcıları strateji obyektlərin qırıcılar, qanadlı raketlər, yaxud ballistik taktiki raketlər vasitəsilə cəmlənmiş bombardmanından müdafiəsində effektli sistemin yoxluğu şəraitində Livan və Suriya üzərində sərbəst uçuşu sürdürəcək.

Rusiya xarici işlər naziri Sergey Lavrov bundan bir neçə gün qabaq, ABŞ və Fransanın zərbələrindən sonra bildirib ki, Rusiyanın RƏM sistemi tədarükünü ləngitməkdə daha mənəvi öhdəliyi yoxdur və tədarük dərhal başlanmalıdır. O, öncədən görmürdü ki, Netanyahunun səyləri uğurla nəticələnəcək.

Putinin hərbi-texniki əməkdaşlıq üzrə müşaviri Vladimir Kojin deyib: “Biz hələlik yeni, müasir RƏM sistemlərinin tədarükündən danışmırıq. Suriya ordusunun gərəkən hər şeyi artıq var”.

Netanyahu rusların Suriyada İsrail aviasiyasının döyüş qabiliyyətinə toxunmaması üçün çıxış edib. Məqsəd – “Hizbullah”a silah tədarükünü dayandırmaqdır. Yük maşınlarında qurulan S-300 hərbi təyyarələr və yaxın və ortamənzilli ballistik raketlərin vurulması üçün nəzərdə tutulub. Bu isə İsrail HHQ üçün gerçək təhlükə təşkil edir.

Ümumi maraqlar və gerçək siyasət, Moskva və Qüdsün (mətndə bu cürdür, amma məlum olduğu kimi, İsrailin rəsmi paytaxtı Təl-Əvivdir-red.) praqmatik və paradoksal yaxınlaşması Rusiyanın Yaxın Şərq arenasına qayıdışına xidmət edib. Hər iki ölkənin ticarət, turizm, mədəniyyətlərarası münasibətlərdə ümumi maraqları var. Bu, təkcə İsraildə milyondan çox rusiyalının yaşamasıyla deyil, həm də islamçılığın yüksəlişinə müqavimətdə əməkdaşlıq baxışıyla bağlıdır.

Paradoks bundan ibarətdir ki, İsrailin qatı düşmənlərilə, yəni İran, Suriya, HƏMAS və “Hizbullah”la Putinin yaxşı münasibətləri var. Netanyahunun Putinə təkcə Moskvaya qarşı embarqo götürüləndən sonra mal dövriyyəsini artırmaq üçün deyil, həm də Rusiya silahı və raketlərinin onun düşmənlərinə satışından yayınmaq üçün ehtiyacı var. Bu, İsrail üçün milli təhlükəsizlik məsələsi – sırf gerçək siyasətdir. Rusiyanın öz marağı var. O, İsrailin pilotsuz uçuş aparatlarının alqısına yüz milyonlarla dollar yatırır. Moskvaya müasir hərbi texnologiyaların verilməsi bəzi ərəb ölkələrilə silah sazişlərini dondurmaqda israillilərə yardım edir.

Rusiya və İsrailin yaxınlaşması habelə islamçılığın yüksəlişi və cihadın beynəlmiləlləşməsilə bağlıdır ki, bu da hər iki ölkənin milli təhlükəsizliyi üçün ciddi problemdir. Rusiyanın çox müsəlman əhalisi olan bəzi bölgələrində yayılan İslamçılığın önlənməsi Rusiyanın Yaxın  Şərq siyasətinin əsas yönlərindən biridir.

Putin və Netanyahu xalis hərbi sazişçilikdən praqmatik işgüzar və diplomatik münasibətlər qurublar. Bu kövrək və gələcəyi söylənilməz, Yaxın Şərqdə milli təhlükəsizlik məsələləri və siyasi nüfuza əsaslanan münasibətlər hər iki ölkə üçün əvvəlkitək maraq ifadə edir. Bertran Radinin yazdığı kimi: “Bu, beynəlxalq münasibətlərin bayağı qanunudur; dövlətlər arasında həmişə, heç olmasa, hansısa uzlaşma olur, çünki qarşılıqlı maraqların müəyyən payı həmişə var”.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə XİN başçısı: Üçüncü tərəflərin öz qarşıdurmalarını bu coğrafiyaya daşımasını istəmirik
Aprel görüşünün gizlinləri: ABŞ Ermənistanı niyə silahlandırır? - VİDEO
Gizli anlaşma - Paşinyan özünü və xalqını riskə atdı

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Rusiya sülhməramlıları niyə vaxtından əvvəl Qarabağdan getdi? - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Azərbaycanlı gəncin Moskvada qətl törətdiyi bildirilir - Video