Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1894
az

Qətlə yetirilən iş adamının yoldaşı:\"Elmar Vəliyev mənə otaqda söz verdi\" +

10:5318 May, 2018
26993
  • A
 “Himayəmdə I qrup əlilliyi olan uşağım, yaşlı, xəstə anam, qızım və əlilliyi olan qardaşım var. 11 yaşlı oğlum isə Daun sindromundan əziyyət çəkir.

Həyat yoldaşım qətlə yetiriləndən sonra ailəmə özüm başçılıq etməyə başladım. Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçıları mənim adıma qanuni çıxarışı olan 1 hektar torpaq sahəmi vətəndaşlardan külli miqdarda pul alaraq sərəncamlar əsasında onlara satıblar. İndi mən nə torpağımı qaytara, nə də torpağımın pulunu ala bilirəm. Bu qədər də haqsızlıq olmaz”.

Bunu Oxu24.com-a açıqlamasında 2011-ci il, iyunun 8-də Nəsimi rayonunda odlu silahla qətlə yetirilən iş adamı, Gəncə şəhər sakini Rövşən Rüstəmovun həyat yoldaşı Venera Rüstəmova deyib.

Gəncə şəhər rəhbərliyi tərəfindən hüquqlarının pozulduğunu deyən Venera Rüstəmova ölkə başçısından kömək istəyir.

Venera Rüstəmova deyir ki, onun bütün problemləri həyat yoldaşı Rövşən Rüstəmov güllələnəndən sonra başlayıb:

 “Rövşən iş adamı idi, tikinti ilə məşğul olurdu. 4 il əvvəl deputatlığa keçmiş namizəd Nadir Orucov tərəfindən qətlə yetirildi. Nadirin həyat yoldaşıma külli miqdarda borcu var idi. Başımız yasa qarışmışdı. Gəncədə yoldaşımın obyektləri, mənim adıma isə 1 hektar torpaq sahəsi var idi. Mənə zəng vurub dedilər ki, Gəncədəki torpaqlarınızı hərraca çıxarıb dədə malı kimi satırlar. Gəncəyə gedəndə mənə məxsus torpaq sahəsinin təbaşirlə işarələndiyini gördüm. Gəncə şəhəri Nizami rayonunun o vaxtkı icra başçısı Məharət Mustafayevin (2011-ci ilin iyun ayından 2014-cü ilin sentyabr ayınadək Nizami RİH başçısı vəzifəsində çalışıb-red.) və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin də qəbulunda oldum. Torpağımın məndən xəbərsiz satılmasının səbəbini öyrənmək istədim. Dedim ki, həyat yoldaşım rəhmətə gedib, əlimdə xəstə uşağım var, dul qadının çörəyi ilə oynamaq yaraşmaz.

Elmar Vəliyev cavabında dedi ki, torpaq sənindir, sənin torpağını heç kim sata bilməz, o torpağı sənə pay verdim. Onu da deyim ki, həyat yoldaşım həmin torpağı almağa 650 min manat pul vermişdi və əlimizdə çıxarış da var”.






Sonradan Gəncə şəhər rəhbərliyi tərəfindən aldadıldığını deyən Venera Rüstəmova məhkəməyə müraciət edib. O, Gəncə İnzibati-İqtisad Məhkəməsində mülkiyyətində olan torpaq sahəsindəki tikintinin dayandırılması, torpağın əvvəlki vəziyyətinə gətirilməsi və ona dəymiş ziyanın ödənilməsi ilə bağlı iddia qaldırıb:

 “Bir müddətdən sonra gördüm ki, bizim torpağımızda artıq evlər tikilib. Hətta Gəncə Şəhər İcra Hakimiyyətindən onlara sərəncam da verilib. Bunu öyrənəndən sonra təkrar Elmar Vəliyevin qəbuluna getdim, amma bu dəfə məni qəbul etmədi. Mən də Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti ilə bağlı məhkəməyə müraciət etdim. Hər dəfə məhkəmədə icra hakimiyyətinin nümayəndələrindən vətəndaşlara verilən sərəncamların məhkəməyə təqdim olunması tələb edilsə də heç bir nəticəsi olmadı. Məhkəmələr mənim xeyrimə qərar çıxardı. Amma 4 ilə yaxındır məni süründürürlər”.

Venera Rüstəmova deyir ki, cavabdeh qismində məhkəmədə iştirak edən Gəncə şəhər Nizami RİH nümayəndəsi ona məxsus torpağı satmadıqlarını, heç kimə sərəncam vermədiklərini bildirib:

 
 “Amma biz öyrəndik ki, 15 nəfərə yaxın adama sərəncam verilib. Həmin adamlar özləri bizə deyib ki, torpağı icra hakimiyyətindən almışıq, pulu da onlara vermişik. Gəncə şəhər Nizami RİH tərəfindən verilən sərəncamlardan ikisini əldə etmişik, bir nüsxəsi bizdədir”.

Məhkəmə V.Rüstəmovanın iddiasını təmin edib. Gəncə İnzibati-İqtisad Məhkəməsinin 13 avqust, 2012-ci il tarixli qərarı ilə Venera Rüstəmovanın mülkiyyətində olan 1 hektar torpaq sahəsinə həbs qoyulub, həmin sahədə hər hansı tikinti işlərinin aparılması cavabdehə və digər şəxslərə qadağan edilib.

V.Rüstəmova isə icra hakimiyyətinin məhkəmənin qərarına məhəl qoymadığını deyir:

 “Belə görünür ki, Gəncədə qanunlar işləmir. Ona görə də halal mülkümə, “kupça”lı torpağıma kənardan baxa-baxa qalmışam. O vaxt rəhmətlik həyat yoldaşımın Rusiyadan gələn dostları həmin torpağın hamısı almaq istəyirdilər. Mən də satmaq istəyirdim, amma qoymadılar, bələdiyyə sədrini, icra hakimiyyətinin nümayəndələrini, polisi tökdülər. Öz torpağımı satmağa özümə imkan vermədilər. Bir hektar torpağımı zəbt ediblər, məni yiyəsiz görüblər.

Pozulmuş hüquqlarımın bərpası üçün Gəncə İnzibati-İqtisad Məhkəməsinə müraciət etdim. Məhkəmənin Gəncə şəhəri Nizami RİH-ə torpaq sahəmin verildiyi adamların siyahısının və bu barədə verilmiş sərəncamların surətlərinin tələb edilməsi haqda sorğularına məhəl qoyulmadı. Təəccüblüsü odur ki, eyni məzmunlu sorğulara Nizami rayonuna yeni təyin olunmuş icra başçısı Nizami Hacıyev də cavab vermir. Məqsədləri odur ki, özbaşınalıqlarının üstü açılmasın. Dövlət orqanları rəhbərlərinin məhkəməyə bu hörmətsizliyinə nə ad vermək olar? Mənim konstitusiya ilə qorunan mülkiyyət hüquqlarım icra hakimiyyətləri tərəfindən niyə tapdanır və onların haqqında heç bir cəza tədbiri görülmür?”


 
Atası qətlə yetirilən Sadiq Rüstəmov da mətbuat vasitəsi ilə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse prezident Mehriban xanım Əliyevaya müraciət edib.O, tezliklə ədalətin bərpa olunmasında ölkə başçısından kömək istəyib.



Aynur Kazımlı
Operator: Raul Mirzəyev
Oxu24.com


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Elmar Vəliyevi güllələyən Yunislə bağlı sensasion video yayıldı: Meşədə xüsusi təlim keçib,İranda gizli planlar qurub
Mirşahin canlı yayımda Sevinc Osmanqızı ilə bağlı sensasion məktubu oxudu
Zakir Həsənov jurnalistə irad bildirdi:

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Rusiya sülhməramlıları niyə vaxtından əvvəl Qarabağdan getdi? - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda marketlərdən 3 minlik tütün məmulatı oğurlandı