Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4646
az

Qurbanlıq heyvanların qiyməti neçəyədir? -

00:4521 Avqust, 2018
1078
  • A
 Qurban bayramına iki gün qalıb. Paytaxtda artıq qurbanlıq heyvanların satışına başlanılıb. Qurbanlıq heyvanın qiyməti neçəyədir?

Oxu24.com bildirir ki, xırdabuynuzlu heyvanların qiymətləri isə çəkisinə görə dəyişir. 15 kiloqram xalis əti olan qurbanlıq bir quzu ortalama 180 manata başa gəlir.

Bəzi ərazilərdə isə qeyri-qanuni olaraq qurbanlıq heyvan satışı ilə məşğul olmaq istəyənlərin qarşısı alınıb. Bu gün səhər saatlarında Suraxanı rayonu Qaraçuxur qəsəbəsində bir neçə nəfər yol kənarında qurbanlıq quzuların satışını həyata keçirməyə cəhd edib. Ancaq onların bu cəhdinin qarşısı icra nümayəndələrinin və rayon polis idarəsi əməkdaşları tərəfindən alınıb.

Bu arada Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə paytaxt və bölgələrdə iribuynuzlu və xırdabuynuzlu heyvanların satış yarmarkası keçiriləcək. Yarmarkalar Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi məntəqələrdə təşkil olunacaq. Satış yarmarkalarının Bakı şəhərinin 32 nöqtəsində, Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay, İsmayıllıda keçirilməsi nəzərdə tutulur. 35 minə yaxın qurbanlıq heyvanın satışa çıxarılması nəzərdə tutulub.

Qeyd edək ki, ət kəsimi və heyvan satışı məntəqələrində profilaktik məqsədlə dezinfeksiya işlərinə başlanıb.




Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Orqanizminizi mikroblardan təmizləyin
Azərbaycan incəsənətinə böyük itki: Arif Məhərrəmov vəfat edib - FOTO
“VAZ 2106” ilə qoyunları vurub öldürdü

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Bakıda kafedə ÖLÜM