Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7606
az

Erməni əsgər intihar etdi -Adı Sarkisyandır

11:2203 Dekabr, 2018
691
  • A
 Dekabrın 1-də saat 20:50 radələrində Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin müdafiə zolağının döyüş mövqeyində aldığı odlu silah yarasından 1987-ci il təvəllüdlü, Nor Nork komissarlığından çağırılmış, 2016-cı ildən erməni ordusunda xidmət edən müqaviləli hərbi qulluqçu Qor Ağvanoviç Sarkisyanın meyiti aşkarlanıb.

Oxu24.com   Ordu.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Ölən 31 yaşlı Qor Sarkisyan yetim olub.İki ildir hərbi xidmətdə olan Sarkisyan İrəvan şəhər sakini olub. Onun yaxın qohumlarından birinin verdiyi məlumata görə, Sarkisyan ailəli olmayıb. O, 3 bacısı və qardaşının ailəsi ilə birgə yaşayıb. Qohumları, onun intihara əl atdığına inana bilmədiklərini qeyd ediblər.

Bildirilir ki, təhdid, qəddar münasibət və ya davamlı ləyaqətinin alçaldılması yolu ilə şəxsin intihara sürüklənməsi maddəsi üzrə Ermənistan İstintaq komitəsinin hərbi istintaq baş idarəsinin 8-ci qarnizon istintaq şöbəsində hadisənin baş vermə səbəblərinin araşdırılması məqsədilə cinayət işi açılıb.

İlkin araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

33 ildən sonra Xankəndində ilk azərbaycanlı körpə doğuldu - FOTO
Qarabağda sülhməramlılara ehtiyac yoxdur - Rusiya Dövlət Dumasının deputatı
Xankəndi belə dəyişdi - Yeni görüntülər - VİDEO

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Nişan var,yol yoxdur - Bakıda sürücüləri çaşdıran yol (VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir